EHTİRAM İLHAM - BİLMƏDİM
Müəllif: YAZARLAR.AZ


10.05.2021


BİLMƏDİM

Sən yaxşı adamsan, Adam!
Mən yaxşı ola bilmədim.
Səni görə-görə,
gör ki,
Mən adam qala bilmədim.

Düz nə varsa, Allah sandım,
Haqq olmayanı dandım.
Hallı-hallı havalandım -
Gəldim nə hala, bilmədim.

Bilmədim eşq nə, yar nədir,
Bilmədim gen nə, dar nədir,
Bilmədim göy nə, yer nədir,
Dağ, dərə, tala bilmədim.

Dillərdə əzbər olardım,
Pis-yaxşı xəbər olardım.
Ölsəm, bəxtəvər olardım,
Vaxtında ölə bilmədim.

Məni boş ver....
Balam iki!
Onlar var olsunlar təki.
Eh...mənə nə qalmışdı ki,
Məndən nə qala, bilmədim.

10.05.2021.

Müəllif - Ehtiram İlham

3 dəfə oxundu

Axtarış