ƏL -- ƏLƏ - YUSİF NƏĞMƏKAR
Müəllif: YAZARLAR.AZ


28.10.2021


ƏL - ƏLƏ
(Dodaqdəyməz təcnis)
Ələk ələ, ələ gəl,
Əla ələ ələ gəl!..
Ələk ayaq, ələk əl --
Ələklənək əl-ələ.
* * *
Dan danlana, danışa,
Daşa-daşa dan aşa,
Darıxdınsa, danış, a,
Dolaşaq da əl-ələ.
* * *
Eşqin şaşqın iş edə;
Çaşqınlıq -- eşq işi də!..
Canında can eşidə,
Eşidəndə əl elə* * *.

Əkinin -- ürək gərək;
Ruhunla qanad gər, ək.
Daş-qaş nəyinə gərək?!
Əli yetir, ə, lələ!..
* * *
Sayıq say ki, sayasan;
Elə sadə, sayasan!..
Şah niyyəti say asan,
Qırxı qatla, əlli elə!..
* * *
Elə elə elinən,
Elənəndir elin ən...
Qalxan deyil el enən,
Elinə en, ə lələ!
MÜƏLLİF : YUSİF NƏĞMƏKAR
28.10.2021-ci il
YAZARLAR.AZ və BİTİK.AZ

1 dəfə oxundu

Axtarış