Elnur Qərari- Şuşaya bahar gəlir...
Müəllif: YAZARLAR.AZ


31.03.2021



Şuşaya bahar gəlir,
Oyan xarıbülbülüm,
Yol üstündə şövq ilə,
Dayan, xarı bülbülüm.
* * *
Arzun birdi, min oldu,
İstədiyin gün oldu,
Gözün aydın çin oldu,
Röyan, xarı bülbülüm.
* * *
Dağına duman gəlib,
Torpağına can gəlib,
Keçilməz yoldan gəlib,
Xülyan, xarı bülbülüm.
* * *
"Hafiz" azan oxuyir,
Səsin mələklər duyur,
Şəhid-şəhid qoxuyur,
Hər yan, xarı bülbülüm.
* * *
Şuşaya bahar gəlir,
Oyan xarı bülbülüm...
Müəllif: Elnur QƏRARİ

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

4 dəfə oxundu

Axtarış