EŞQ OLSUN!- ƏSGƏR ORDUBADLI
Müəllif: YAZARLAR.AZ


30.10.2021


EŞQ OLSUN!
(Şanlı ordumuz zəfər yazmaqda davam edir)
Ön cəbhədə tarix yazır durmadan
Ordumuzun zəfərinə eşq olsun!
Düşmənini hər addımda qorxudan
Azərbaycan əsgərinə eşq olsun!
* * *
Ver komandir daim müjdə xəbəri,
Səndə qalıb milyonların nəzəri.
Hər gün yeni kənddə açır səhəri
Ordumuzun zəfərinə eşq olsun!
* * *
Keç Arazın sahilindən sırayla.
Zəngilandan qardaşları harayla.
Dəstək verir bax Arazdan o tayda
Qardaş deyən dillərinə eşq olsun!
* * *
İrəli get, səninlədir qayıdış.
Ata - baba torpağıdır hər qarış.
Bu millətin ordusuna min alqış,
Yenilməyən rəhbərinə eşq olsun!
Müəllif, Əsgər ORDUBADLI
YAZARLAR.AZ və BİTİK.AZ

12 dəfə oxundu

Axtarış