FƏRİDƏ ABDUL - ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


05.09.2021


AXTAR MƏNİ
Bir gün axtar məni...
Mənsiz canın yananda,
Səmirsiz ağlayanda
Peşmanlıqdan əlini
Başına bağlayanda.
Bir gün axtar məni...
Göz yaşını dananda,
Mənsizliyi qananda
Gec də olsa anlayıb,
Yoxluğuma yananda.
Bir gün axtar məni...
Əlində boş butulka,
Qulağında musiqi,
Boş küçədən keçəndə,
Tənhalığın şərabın
Ölənədək içəndə.
Bir gün axtar məni...
Olsam da, olmasam da
Gəlsəm də, gəlməsəm də
Sən axtar mən bilim ki,
Boş deyildi illlərim,
Yarım qalan ürəyim.
Sən axtar mən bilim ki,
Boşa yanmır ürəyim.

ACI TƏCRÜBƏ
Sən düşünmə gələrəm,
Gəl desən də bilərəm
Bilərəm ki,yalansan
Sevmir məni ürəyin,
Qəbul etmir kürəyim,
Sənnən yeyən zərbəni.
Susub elə qırağda,
İstəyirəm dinləyim
Məni necə sevmədin?
Necə gördü gözlərin?
Başqasının sevgisin.
Necə çaşdı fələyim
Səni görəndən bəri.
Niyə gəldin ömrümə?
Mən sənsiz də yaşardım
Sən olmasan gülərdim,
Xəyal qurar,sevərdim.
Öz kiçiciy dünyamda
Sən olmasan bilərdim
Bilərdim ki insanam,
Sevilməyə haqqım var.
Səni görəndən bəri
Yad oldu sevinc mənə
Sən getdin mənə qalan
Oldu acı təcrübə.

XATİRƏ
Darıxıram gecələr
Sənsiz, səssiz gecələr
Oyaq olub yataqda
Sığınıram keçmişə
Dördə, beşə, səkkizə
Gözlər açır səhəri,
Vurur xəzan küləyi
Pəncərədən içəri.
Xatirələr gətirir.
Danışıram özümlə,
Arada ürəyimlə
Ürəyimi bir dinlə,
Dinlə gör ki yalandı?
Sənə olan hisslərim?
Son söz oldu əlvida
O gedən sən, gəlmirsən,
Gəlmirsən heç yuxuma
Yoxsa nədi küsmüsən?
Bəlkə az sevdim səni?
Yox, yox mən çox sevdim
Ömür verdim yoluna,
Tikan əkdin yoluma.
Bir gün peşman olacaq,
Keçmişi xatırlayıb,
Qəmli qəmli kənarda,
Boyun büküb duracaqsan.
Bir vaxt mənə kor olan
Gözlərlə baxacaqsan.
Baxacaqsan ki, ölmüşəm.
O gün çox gec olacaq
Deyin ona darıxma,
Peşman olma, sıxılma.
Mən qalmadım illərlə
Sənlə birgə, bir evdə
Eşqim qaldı dillərdə.
Ona deyin ki sıxılma
Mənə bənzər birinə,
Ailə olsun,ev olsun
Bircə də qızı olsun
Adım qoysun qızına.

HƏSRƏT
Qoyma həsrətin gözlərim üstə
Ürək parçalanar, saçlar ağarar
Qoyma qəmindən kürəyim üstə
Uzanıb sübhətək tavana baxam
Qoyma dərd çəkim , mən hey düşünüm
Dərdə bürünüm,qəmə bürünüm
Qoyma eşqindən alov tutum mən,
Sənsiz yaşayım,səni düşünüm.
Qoyma darıxmağa,qoyma küsməyə
Həyatdan incisəm bil ki mən yenə
Səbəbi tək sənsən bilirsən niyə?
Yoxluğun soyuqtək hopdu bədənə.
Bilirəm imkansız bu gündən belə
Olmasan sığmaram yerlərə, göyə
Biz olmasaq da,sən olsan belə
Bəs edər yenə də mənə gülməyə.

İNSAN
İnsan oğlu yamandı
Qoyub qaçacaq qədər,
Atıb,satacaq qədər
Yara açacaq qədər.
Səssiz səssiz kənardan,
Dostu satacaq qədər.
İnsan oğlu yamandı
Bu gün üzə güləcək,
Sabah quyu qazacaq,
Şeytana yaxın olub,
Yolun azacaq qədər.
Sən basma heç bağrına
İnsan oğlu ilandı,
İnsan quran dünyanın
Altı üstü talandı.

GƏMİ
Necə unudum mən səni?
O gülüşü,o səsi
Gözümə düz baxan
Gözündəki həvəsi.
Eybi yox, yenə çıxarsan qarşıma
Geyinib boz pencəyi,
Əlində də çiçəyin
Yenə gələrsən yanıma
Ya xoş günümə,ya yasıma.
Niyə bu qədər gözlədim?
Payız oldu gəlmədin,
Qış oldu sənsizlədim
Hərdən qısılıb küncə
Şəkilllər əzizlədim
Mən sənin gəlmən üçün
Ölümümü gözlədim.
Nədəndir bu ayrılıq?
İçim indi qaranlıq
Hər tərəfsə yaşıllıq ,
Gözlərimdə yaşlılıq
Saçlarıma dən düşdü
İçimə bir ah,
Sanki dəniz dibinə,
Nəhəng bir gəmi düşdü...


Müəllif, Fəridə ABDUL

YAZARLAR.AZ AVƏ ABİTİK.AZ

3 dəfə oxundu

Axtarış