Gecikmiş çiçəklər. - Nəzakət Kərimova (Əhmədova)
Müəllif: YAZARLAR.AZ


07.12.2021


GECİKMİŞ ÇİÇƏKLƏR
Yeni dərs ilinin başlamasından xeyli keçmişdi. Məktəbin direktoru Nazilə müəlliməyə sabahkı tədbirin ssenarisini hazırlamağı tapşırmışdı. O bilirdi ki, tədbirin daha maraqlı və uğurlu alınmasının yalnız Nazilə müəlliməyə etibar etmək olardı.
Gecədən xeyli keçmişdi... Bayırda külək əsirdi. Bir az keçməmiş narın yağış yağmağa başladı. Nazilə çox həyəcan keçirirdi. Görəsən, görüş necə alınacaq ? Proqramı hazırlayarkən diqqətdən kənarda nəsə qalmadı ki? Bir anlıq sabahkı görüş gözünün önündə canlandı. Hər şey yerli yerində nəzərdə tutulduğu kimi gedirdi.. O, çox narahat idi. Birdən atasının ürəyi yenə ağrıyar, tədbir yarımçıq qalardı.
Bütün suallar xəyallarından gəlib keçdi... Nəhayət, qonşunun xoruzunun banlanması onu xəyallardan ayırdı. Səhər açılırdı. O işə hələ o isə hələdə yata bilməmişdi.
Məktəbin akt zalı ağzına kimi görüş iştirakçıları müharibə veteranları, müəllim və şagirdlərlə dolmuşdu. Hamı qonağı səbirsizliklə gözləyirdi. Nazilə atasını böyük vətən müharibəsinin veteranı və məktəbin sayılıb seçilən hörmətli müəllimi kimi ön cərgədə veteranların yanında oturtdu. Bu böyük izdiham qonağı qarşılamaq üçün həyəcan içində idi. Akt zalının qapısının ağzında gənclər ,məktəblilər gül- çiçəklə bayraqlarla gözlərini küçə qapısına zilləmişdilər... Budur, qara maşın məktəbin həyətinə daxil oldu. Hamı gələn qonağı rayona yeni təyin olunmuş məhkəmənin sədrini alqışlarla qarşıladı. Onu akt zalına dəvət etdilər. O, asta addımlarla yuxarıda ona ayrılmış stulda əyləşdi.Hamı onu alqışladı. Nazilənin atası , gələn qonağa diqqət elədi. Onun ağa ayağını çətinliklə çəkməsinə də nəzər yetirdi, amma yenə də öz özünə fikirləşdi, yox bu ola bilməz! Ürəyində ağrı hiss etdi. Havası çatmadı. Nazilə atasının halbahal olduğundan narahat oldu. Yanına gəlib pəncərəni araladı ki,otaq da havalansın. Atası isə düşüncələrə qərq olmuşdu. Axı ,müharibədən 40 ilə yaxın bir dövr keçib, bir də axı Oqtay ağır yaralanmışdı.Hətta döyüşçülər onun öldüyünü deyirdilər. Məktəbinin rəhbəri onu görüş iştirakçılarına təqdim etdi. Bakıdan rayonumuza yeni təyin olunmuş hakimin eyni zamanda Böyük Vətən Vüharibəsində Kerç uğrundakı döyüşlərdə yaralandığını dedi. Sözü ona verdi o ,danışdıqca Nazilənin atası təəccüb və sevinc içində gözünü ondan çəkə bilmirdi. Birdən qonağın da gözləri ona sataşdı. Danışdıqca, o həyəcanlı anları xatırladıqca ,zənnində yanılmadığını hiss etdi. Sözünü kəsərək ,pıçıltıyla direktordan ön sırada oturanın kim olduğunu soruşdu. Adil müəllimdir ,-dedi.. Məktəbimizin tarix müəllimi Adil adını eşitcək- o, mənim cəbhə yoldaşımdır, dedi- Nazilə atasının da bayaqdan narahatlığının səbəbini indi anladı.
Zalda gözlənilməz həyəcan yarandı
Oqtay Adilə və Adil də Oqtaya sarıı tələsdi... Onlar qucaqlaşıb sevincdən ağladılar... Axı Adilə döyüşçülər Oqtayın öldüyünü demişdilər. Həyatda müharibə vaxtı nə qədər gözlənilməz anlar, möcüzələr olurmuş. Nazilə tədbirin sonunda atası və Oqtay əmi ilə( ona əmi deyə müraciət etdi) söhbətlərinin necə doğmayana, səmimi olduğundan sevinərək təkidlə onu evə gəlməyə dəvət etdi. Oqtay tələsdiyinə, bu rayona yeni gəldiyinə görə; işim çoxdur-deyib Adil müəllimlə sağollaşarkən; Mütləq ailəlikcə gələcəyinə söz verib rayona qayıtdı. Adil müəllim yol boyu döyüşdə yaralı dostunu al qan içində yaxınlığındakı həkim məntəqəsinə apardığını, oraya təhvil verib,artıq burada qala bilmədiklərindən döyüşçülərlə yollarına davam etdilər.
Özünün də yaralanmasını bir daha xatırladı,-bir müddət sonra Oqtayı xəbər alanda onun ölməsi xəbərini alarkən hönkür- hönkür ağladığını da yada salarkən yenə həmin hisslərə qapandı.Birdən yenə ürəyi sancdı...Nazilə atasını evə gətirdi. Ona çay çörək verib evlərinə getdi.
Oqtay da cəbhə dostunu tapdığına çox sevindi. Evə çatan kimi bu günün sevincini evdəkilərlə böldü, kiçik nəvəsi Elxan babasından xahiş etdi ki, onu da Adil əmigilə aparsın. Baba məni kəndə aparanda oradakı bulağı göstərərsən? Əlbəttə, mənim balam, Adil əmi ilə meşəyə apararam. Oradan güllər də yığarsan- dedi.Görüşdən bir müddət keçdi. Adil rayona xəbər göndərib onları qonaq çağırdı, amma işin çoxluğundan başım açılan kimi münasib vaxt tapan kimi gələcəyik dedi.Nəvə babasının yadına saldı ki, gedəndə Adil əmiyə də gül aparacağam.
Nəhayət, Oqtay vaxt tapıb evə xəbər göndərdi ki, hazırlaşın, kəndə qonaq gedirik. Elxan sevincdən atılıb düşürdü.Səbirsizliklə babasını gözləyirdi. Qapının zəngi çalınan kimi sevinclə qaçıb açmaq istəsə də nənəsi onu qoymadı. Nənə qapını açanda tanımadığı adamın ona uzatdığı kağızı alıb, oxudu. Üzü tutuldu, sarsıldı. Nəvəsi tez nənə kəndə gedirik. Babam tez gəlsəydi, dedi- Nənə heç nə demədi. Oqtay evə gələndə hadisəni öyrənib. çox pis hala düşdü. Nəvəsi isə hələ də başa düşmürdü ki, nə baş verir- Baba, niyə ağlıyırsan, nənəm də cavab vermir, gedək də indi gedə bilmərik işim var. Ama söz verirəm ki, səni mütləq aparacağam dedi.
Həmin gündən bir müddət sonra Oqtay ailəliklə kəndə yola düşdülər. Ürəyində özünü elə hey danlayırdı ki, kaş Adil çağıranda gedəydik, nə biləydi ki, Adilin ürəyi bu tezliklə onun ömrünə son qoyacaq... Yol boyu Elxan əlindəki gül dəstəsinə sevinir, Oqtay isə ona heç nə demir, ürəyində kədərdən sarsılırdı. Kəndə çatanda qəbiristanlığın yerini yolun kənarında dayanmış gəncdən soruşdu və maşını oraya sürüb saxladı. Elxan duruxdu. Babasına baxdı. Heç nə anlamadı. Sonra Adil əmisinə gətirdiyi gülləri babasının işarə etdiyi məzara qoydu. Bəli, müharibə Adili həyatdan vaxtsız apardı, Oqtayın ayağını ömürlük şikəst etdi. Balaca Elxan bunları anlamaq iqtidarında deyildi. Babasına təkidlə edərək bulağa getməyi istəyirdi. İllər keçdi.... Balaca Elxan böyüdü. Orta məktəbi bitirib,Ali məktəbə qəbul olundu: Babası artıq dünyasını dəyişmişdi. Onu hərbi xidmətə çağırdılar. Orduda xidmət edərkən dostlarına uşaqlıqda şahidi olduğu bu hadisəni danışarkən anladı ki, həqiqətən döyüş dostları bir birinə qardaşdan da yaxın olurlar. Suyunu ,çörəyini bərabər bölürlər amma bircə şeyi hələ də unuda bilmirdi ki, vaxtında çiçəkləri Adil əmiyə verməyə imkan olmamışdı. Hərbi xidmətdən qayıdan Elxan əvvəl babasının məzarlarını ziyarət etdi,sonra isə vaxtilə sağlığında çatdıra bilmədiyi qərənfilləri Adil əmisinin məzarı üstünə qoyarkən bir də uşaqlıq xatirəsi yadına düşdü.....
Müəllif:
Nəzakət Kərimova –Əhmədova “Yazarlar”jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri,İNK-nın Abşeron rayonu üzrə sədri,yazar.
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış