GƏNC YAZAR DOSTUMUZ
Müəllif: YAZARLAR.AZ


12.12.2021


1. ( İsmayıl Çeşməli ) Bir az sizi tanıyaq??

Mən İSMAYIL ÇEŞMƏLİ (İsmayılov) 30.09.1983 cü ildə Tovuz rayonunun ÇEŞMƏLİ kəndində anadan olmuşam.

2. ( Çeşməli ) nədən çeşməli??

Çeşməli olduğum üçün.

3. Evinizdə varmı şair olan neçənci ildən yazırsınız??

Bəli dayım şair olub oda şeirlər yazıb cavanlıqda.


4. Dtv də o ləqəbi sizə verən kim idi razısınız təxəllüsünüzdən??

Bəli əlbəttə həmdə Dtv də qızıl çevirə velişində veriblər ləqəbi Lətifə Çeşməli verib. Aşıq lətifə çeşməli Çünki mənə doğmadır o, təxəllüs.

5. Oxucularınıza sevdirə bilmisiniz şeirlərinizi??

Bəli sevməsələr bəyənməzlər...

6. Sizi qane edir yazdıqlarınız??

Əlbəttə mən şeirdən qida alıram...

7. yazdığınız şeirlərinizi ilk kimə oxuyursunuz??

Həyat yoldaşıma...

8. Kitab düşünürsünüz yoxsa var kitablarınız??

Düşünürəm amma ona maddi vəsait lazımdır gücüm çatmır kitab çıxartmağa...

9. İlk şeiriniz yadınıza gəlir???

Əlbəttə gəlir, ay mənim qəlbimdə taxt quran gözəl , adlı ilk şeirim olub.

10. Kimləri oxuyursunuz kimlər sizi qane edir gənc yazarlardan??

Mən ancaq Hüseyn Arifin, Aşıq Ələsgərin, şeirlərini oxuyuram.

11. Son olaraq sıxılmadınız ki oxucularınıza nə demək istərdiz bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz??


Oxuculara uzun ömür can sağlığı arzulayıram oxuyan gözləri var olsun...


Ay mənim nazlı gözəlim


İlk baxışdan vurulmuşam,
Alovunda qovrulmuşam.
Sanki, dönüb kül olmuşam
Ay mənim nazlı gözəlim.

Göydən enən mələyimsən,
Mənim vuran ürəyimsən.
Həm arzum, həm diləyimsən
Ay mənim nazlı gözəlim.

Çeşməli, sevibdi səni,
Sənsən bu qəlbimin təni.
Vermə mənə, kədər-qəmi,
Ay mənim nazlı gözəlim.


Bir qız şeir
yazda deyir


Baxır mənə, gülə-gülə,
Bir qız şeir yazda deyir.
Balda qatıb, şirin dilə
Bir qız şeir yazda deyir.

Hərdən qımışır gül üzü,
Heç yaxına, gəlmir özü.
Sinəmə salaraq közü
Bir qız şeir yazda deyir.

Nazda edir, bilə-bilə
Saçı bənzər qızıl gülə.
Dönüb bir şeyda bülbülə
Bir qız şeir yazda deyir.

Çeşməliyi, çəkib dara
Həsrət qoyub, bir cüt nara.
Ürəyimə vurub yara
Bir qız şeir yazda deyir.


Hazırladı. : Alik Dənizsevər

4 dəfə oxundu

Axtarış