GƏRAY GÖYYURD - ŞEİRLƏR
Müəllif: YAZARLAR.AZ


13.06.2021


GƏLDİ TÜRKÜN ORDUSU ,
GƏLDİ AZƏRBAYCANA

Könlüm gül -çiçək açdı ,
Düyünüm , toyum gəldi .
Saralan ümidlərə
Can verən suyum gəldi .
Dostum , doğmam , qardaşım .
Köməyim , hoyum gəldi !
Sevindi ana vətən ,
Həmd olsun Yaradana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
Sevincimdən uçuram ,
Quşam , yoxdu qanadım !
Dostlar baxıb sevinsin ,
Çatlasın yağım , yadım !
Arzularım gül açdı ,
Hasil oldu muradım !
Allahıma min şükür
Bu boyda mutluluğu
Qismət elədi mana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
Cənnətə dönəcəkdir
Düşmən xaraba qoyan
Vətənim , yurdum mənim .
Yox olacaq tezliklə
Vətən , millət , yurd adlı
Ən ağır dərdim mənim !
Qanın yerdə qalmadı ,
Əziz şəhidim mənim !.
Vətən gülzar olacaq ,
Daş da gələcək cana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
* * *
İki cumhur başqanı
Dostluğunda pir oldu .
İki qardaş birləşdi ,
Yumruq kimi bir oldu !
Nə gözəl əhdi -peyman ,
Nə gözəl tədbir oldu !
Şair təşəkkür edir
İki böyük liderə -
İlham Heydər oğluna
Və Sayın Ərdoğana !
Gəldi Türkün ordusu ,
Gəldi Azərbaycana !
01.02.2021.

RƏCƏB TAYYİB ƏRDOĞANA SAYĞILARLA

Böyük türk millətinə
Töhvəsisisən Allahın .
Qələbə müjdəsisən
Gələn nurlu sabahın .
* * *
Sənlə çatır dünyaya
Müsəlmanın haqq səsi .
Sətir sətir yazılır
Şərəfli salnaməsi .
* * *
Bu günün ,gələcəyin
Canlı əfsanəsisən .
Sən böyük insanlığın
Çox uca zirvəsisən .
* * *
Qəlbində Allah eşqi ,
Zəkan dərindən dərin .
Ruhu səndə yaşıyır
Minlərlə peyğəmbərin .
* * *
Müsəlman dünyasına
Günəşsən haqdan doğan !
Haqq - ədalət hamisi
Rəcəb Tayyib Ərdoğan
* * *
Dövlətimin , xalqımın
Sən ey dostu ,dayağı
Hızırtək köməyə çat ,
Qaytaraq Qarabağı !
03.04.2019.

XOŞ GƏL ,SƏFALAR GƏTİR

(Rəcəb Tayyib Ərdoğana sayğılarla)
Səni Hızır sayağı
Çağırdım Qarabağa .
Yetdin dada ,haraya,
Ürəyim döndü dağa !
Sənə yazdığı şeri
Hüzurunda oxumağa
Sevgi ilə , sayğıyla
Göyyurd səni gözləyir ,
Canım ,gözüm bu vətən ,
Bu yurd səni gözləyir .
* * *
Uca Türk millətinin
Böyük , azman başqanı .
Mərdliyin , ədalətin
Mat eyləyib cahanı !
İnşallah çox yaxında
Quracaqsan Turanı !
Ən ali ,ən möhtəşəm
Zəfər səni gözləyir ,
Al şəfəqli gündüzlər ,
Səhər səni gözləyir .
* * *
Çaldığın hər zəfərə
Qoy dünya heyran olsun .
Ayaqların dəyən yer
Abad , firavan olsun .
Yurduma hər gəlişin
Toy olsun , bayram olsun !
Toy -bayram eyləməyə
Millət səni gözləyir .
Ürəyində məhəbbət ,
Hörmət səni gözləyir !
* * *
Qələbəyə köklənib
Xalqın ruhu , əhvalı .
Dəf etməyə hazırıq
Hər cürə qeylü -qalı.
Yollarına göz dikib
Xankəndiylə Xocalı !
Ağdərə axşam -sabah ,
Hər vaxt səni gözləyir .
Türkə aid hər qarış
Torpaq səni gözləyir .
* * *
Polad iradəsiylə
Yağı düşməni əyən ,
Dostluğu , qardaşlığı
Ucada tutan , öyən .
Dünyaya bəyan edib
Sənə qardaşım deyən
Ali Baş Komandanım ,
Paşam səni gözləyir .
Bu dünyanın cənnəti -
Şuşam səni gözləyir !
14 .04. 2021.

SIĞIN TÜRKÜN QEYRƏTİNƏ

(Rəcəb Tayyib Ərdoğana sevgilərlə)
Sirrini ver sirdaş kimi ,
Dərdini böl yoldaş kimi ,
Güvən ona qardaş kimi ,
Sığın türkün qeyrətinə!
* * *
Yanar odda , qorda ,gələr ,
Donmaz qışda , qarda ,
Qoymaz heç vaxt darda , gələr ,
Sığın türkün qeyrətinə !
* * *
Dağlar aşar yellər ilə ,
Coşar , daşar sellər ilə ,
Qarşıla tər güllər ilə ,
Sığn türkün qeyrətinə !
* * *
İgidlikdir kökü , himi ,
Mərdlikdir qəlbinin simi !
Tanrıya sığınan kimi
Sığın türkün qeyrətinə !
2011.

YOLUNU GÖZLƏYİR TURAN

(Rəcəb Tayyib Ərduğana sayğılarla )
Yaşa , uca Türk milləti ,
Sağ ol , Ərdoğan , Ərdoğan !
Əməliylə ətir saçan
Bağ ol , Ərdoğan , Ərdoğan !
* * *
Bu millətçün şam kimi yan ,
Yolunu gğzləyir Turan !
Şər önündə dağtək dayan ,
Dağ ol , Ərdoğan , Ərdoğan !
* * *
Ucalıb dön Tur dağına ,
Sahib çıx Türk torpağına !
Haqq-ədalət çırağına
Yağ ol ,Ərdoğan ,Ərdoğan !
* * *
Nur ələ , yer kürəsinə ,
Səs ver , sən haqqın səsinə !
Düşmənlərin sinəsinə
Dağ ol , Ərdoğan , Ərdoğan !
Var ol ,Ərdoğan , Ərdoğan !
Sağ pl , Ərdoğan , Ərdoğan !
04 .08.2020.

BU GƏLƏN TÜRK ORDUSUDU
(Ərdoğan Tozoğlu bu şerimə Mahur türkü bəstələyib)
İgidlikdi əhdi , andı ,
Hər biri bir qəhrəmandı !
Şər üstə əsən tufandı ,
Bu gələn Türk ordusudu !
* * *
Güc alar Tanrıdan , haqdan ,
Zalımları salar taxtdan !
Qan tökməz heç vaxt nahaqdan ,
Bu gələn Türk ordusudu !

Unutmaz , pozmaz ilqarı ,
Allah özü olar yarı !
Məzlumların xilaskarı
Bu gələn Türk ordusudu !
* * *
Məhmətcik dursun keşikdə ,
Sülh olsun hər ev-eşikdə ,
Körpələr yatsın beşikdə ,
Bu gələn Türk ordusudu !
* * *
Pişvazına çıxsın ellər ,
Yollarına səpsin güllər !
Tellənsin telli sünbüllər ,
Bu gələn Türk ordusudu !
18.08.2020.
Müəllif Gəray Göyyurd
YAZARLAR.AZ

4 dəfə oxundu

Axtarış