Gözlərinin rəngi
Müəllif: Ceyhun Fikrət


25.06.2021


Hər şey dəyişdi sənin gözlərində,

dünya qara rəng aldı,

dünya gözlərin kimi qara oldu,

qara gözlərinlə dünyanın qaranlığına baxdın,

axtardın,

həqiqəti,

düzgünlüyü,

ədaləti.

Amma qara gözlərinlə, tapmadın dünyanın həqiqətin,

sonra gözlərinə ayrı bir rəngi göstərdilər,

sən sevindin,

acı bir gülüşlə,

kədərləndin bütün rənglərə,

bu rənglə də, gözlərini bağladın dünyanın ədalətsizliyinə,

getdin,

gözlərinin rəngi də, səninlə getdi.



Ceyhun Fikrət

http://yenivaxt.com

7 dəfə oxundu

Axtarış