Hamı adam doğulur
Müəllif: Səmi


04.06.2020


Hamı adam doğulur,
İnsan olmaq şətindir!
İnsanlıq fəlsəfəsi,
Sənin öz qeyrətindir!
Geci-tezi boğulur,
Ortaq olub harama,
Özgə malını yeyən.
Daralacaq nəfəsi.
Hər şey mənimdir deyən,
Bir insafsız,bir pisə,
Bir acgözə,xəsisə
Nümunə ola bilsən
Həyatınla həmişə,
Bəs eləyər adama!
Zamanında ağlayıb,
Əgər yerində gülsən
Və yarasan bir işə.
Sənə ümid bağlayıb,
Sənə bağlı olanla
Yeni dastan yazarsan!
Ömrün çətin anında
Tuta bilsən yanında,
Cümlə qohum-qardaşı,
Hər cürə yaramazın
Hiyləsini pozarsan!
Bu olar alın yazın!

29.12.2019

21 dəfə oxundu

Axtarış