HEÇ KƏS BU DÜNYANI TUTUB QALMAYIR
Müəllif: Elay Nesibli


10.10.2017


ELDAR NƏSİBLİ SİBİREL

Heç kəs bu dünyanı tutub qalmayıb,
Hamının ömrünə gələndi ölüm.
Zorla yaddaşlara yazılanları,
Gəlib yaddaşlardan siləndi ölüm.

Birinə evinin içi – Vətəndi,
Birinə bu amal dərddi, sitəmdi.
Dərdlinin - gözündə ağlayan qəmdi,
Dərdsizin - gözündə güləndi ölüm.

Yiyəsi tarixdir qızıl anların,
Tarixi torpaqdır axan qanların,
Xalqın ürəyində yaşayanların,
Heykəli önündə öləndi ölüm.

1977

14 dəfə oxundu

Axtarış