Hər şeyə şahidəm
Müəllif: Ceyhun Fikrət


13.06.2021


Bu mənəm,
atası ölmüş yetim bir qız,
kimsəsizlik fəryadından hönkür-hönkür ağlayan.
Bu mənəm,
böyük cinayətlərə cəza günündə şahidlik edən.
O gün,
dünyada olmayan
və olmayacaq bir faciə oldu,
atamı öldürdülər göz önümdə,
qəriblər kimi,
töküldü qanı,
fəratın kənarına yerləşən səhraya.
Həmin gün
susuz qoydular,
bizi və bizi istəyənləri.
İndi isə gedirəm,
səhrada qolu zəncirli.
Uşaqlığım,
həyatım, qara rəngdir.
Qızmar günəşdə vəfasızdı,
ağ rəngimi qara edib.
Səhranın istisi, yandırıb ayaqlarımı,
çadramın rəngindən də qaradır rəngim.
Küsmüşəm,
insanların vəfasızlığından.
Gedirəm ucu-bucağı görünməyən səhrada,
bəzəndə baxıram,
çirklənmiş qara çadramın tozuna,
artıq dünyanın qəmi də çadrama hopub,
bir neçə gün bundan qabaq yuyub,
bəzənib sırğalarımı atama da göstərdim,
atam həsrətlə mənə baxdı,
məndən sonra nə edəcəksən dedi?
Mən gülərək,
səndən ayrılmaram,
ayrılsam da ölərəm, dedim,
amma indi qızmar günəşin altında onsuz gedirəm,
kimsəsiz baxıram hər bir tərəfə,
adamı olmayan qəriblər kimi.

04.09.2020 ci il
Təbriz basminc kənarı


5 dəfə oxundu

Axtarış