Heyvanların dostlugu - Leyla Yaşar
Müəllif: YAZARLAR.AZ


04.12.2021


Heyvanların dostlugu
Meşədə bu gün sakitçilik idi. Nədənsə heyvanlar gözə dəymirdi . Çox keçmədi ki astabasar dovşan balaca daxmasından çıxıb gərnəşdi.
- Hey, dostlar hardasınız?
Mən gedirəm şirin yanına .Sözünüz varsa deyin çatdırım.
Kəsyənin ciyiltili səsi gəldi:
- Ay dovşan ,şirə denən mənim evimə qarışqalara darışıb ,onlara əmr versin ,çıxıb getsinlər.
- Yaxşı deyərəm.
Ayrı heç bir heyvandan səs gəlmədi .
Dovşan yola düzəldi.Şirin onu niyə çagırdıgını bilmirdi .Canını qorxu almışdı.
Yolda canavarla rastlaşdı.
- Hara belə ,ay dovşan qardaş?
- Şirlə söhbətim var.
Canavar şaqqanaq çəkib güldü:
-Sənin şirlə nə söhbətin ola bilər ?
- Sən bilmərsən!
Dovşan Şirin yanına çatıb təzim etdi.
- Xoş gəldin ,dovşan.
Qorxa - qorxa şirə baxan dovşan ;
- Sag ol,şir qardaş!
- Bilirsən ,səni niyə çagırmışam?
- Yox,şir qardaş.
- İstəyirəm bu ildən hər kəslə mehriban olum.- deyib şir gərnəşdi.
- Get bütün heyvanlara bildir ki ,bu il yeni il bayramını birlikdə qeyd edəcəyik.Sabah bayramdı.Yolkanızı qura bilərsiniz.
Dovşanın sevindiyndən dili - bogazı qurumuşdu.Heç vaxt onlara bayram keçirtməyə imkan verməyən şirin insafa gəlməsi onu həm sevindirmiş,həmdə təəccübləndirmişdi.
Şirlə sagollan dovşan tullana - tullana meşəyə qaçdı.
- Hey, hardasınız? Sizə şad xəbərim var.
Dələ agacdan boylandı:
- Nolub orda?
- Yıgışın ,tez yıgışın.Sözüm var sizə.
Tülkü yaltaqcasına hırıldadı ;
- Nə olub ,ay dovşan qardaş ? Sənin bizə nə sözün olsa ,biz hazırıq.
Yavaş - yavaş heyvanlar yıgılmaga başladı.Dovşan hər kəsə göz gəzdirdi.Tısbaga yox idi.
- Hardadı tısbaga qardaş?
Hamı zürafəyə baxdı.Zürafə əlini gözününün üstünə qoyub,o tərəfə bu tərəfə baxdı.
- İndilərdə gəlib çatar .- deyib cavab verdi.
Heyvanlar səbrsizlənirdi.Nə baş verdiyini öyrənmək üçün dovşana dayanmadan sual verirdilər.
Dovşan tısbaganı gözlədiyini ,sonra danışacagını bildirdi. İt hirsləndi;
- Bir tısbagaya görə bu qədər heyvan burda duracaq?
Pələng onun səsinə səs verdi ;
- Bu ədalətsizlikdi.
Dovşan sakit səslə ;
- Sakit olun ,dostlar,gəlin mehriban olaq.Axı sabah bayramdı.
Bütün heyvanlar bir - birinə baxdı.
- Bayram ,nə bayramı ? .Şir bizə bayram keçirtməyə icazə vermir axı? .- deyə agacda oturan bayquş donquldandı.
Tısbaga gəlib çıxmışdı.
Dovşan onları sakitləşdirib şirin dediklərini onlara çatdırdı.
Qış yuxusuna getməyə hazırlaşan ayı sevinərək atılıb - düşməyə başladı.
- İndi dostlar yolkamızı qurmalıyıq .Hər kəs iş başına !
Şirin yanından gələn lovga dovşan əlini belinə qoyub ,hər kəsə bir iş tapşırdı.
Ayının qırdıgı şam agacını maralın buynuzuna qoyub meşənin ortasına gətirdilər.Qalırdı agacı bəzəmək.
Bütün heyvanlar iş başındaydı .
Dələnin daşıyıb gətirdiyi qozaları cüyür ,zürafəyə verir ,o da agacın yuxarısından asırdı.Yarım saat bəs etdi ki ,yolka hazır olsun.
Sonda canavarın hardansa tapıb gətirdiyi al- əlvan işıqları dələnin ,agacdələnin köməyi ilə yolkaya taxdılar.
Səhər bayrama hazırlaşmaq üçün heyvanlar azuqə toplamaq üçün meşəyə üz tutdular.Hər biri tapdıgını öz komasına qoyacaq,səhər süfrəyə düzəcəkdilər.
Yeni il səhərini qarla qarşıladılar.Yuxudan durub hər tərəfi aga bürünmüş görən heyvanlar tez- tələsik yolkalarının yanına qaçdılar.
Yolkaları necə gözəl olmuşdu.Ag qara bürünən agacda yanan işıqlar bərq vururdu. Sevindiklərindən atılıb- düşməyə başladılar.
Tez qaçıb tapdıqları qənimətləri ortalıga daşımaga başladılar. Ortalıqda yıgılan azuqədən gözəl bir süfrə açdılar.
Budur şirin nəriltisi aləmi başına götürdü;
- Ey ,dostlar,mənsiz yıgışmısınız?
Heyvanlar qorxularından titrəməyə başladılar.
- Qorxmayın,dostlar! Bu gündən sizinlə mehriban olacam.
- Nə gözəl yolkanız var.Bayramınız mübarək!
Heyvanlar sakitləşdilər.Sevinərək şirə baxdılar.
- Çox sagol şir qardaş,sənin də bayramın mübarək !.- ilk olaraq çaqqal dilləndi.Hər tərəfdən səslər ucaldı.Bir - birini təbrik edən heyvanlar ,bu gündən sonra mehriban olacaqlarına söz verdilər.Əl - ələ tutub mahnı oxumagı da unutmadılar:

"Süd kimi ag qar ilə
Çoxlu çoxlu bar ilə
Süd kimi ag qar ilə
Qış ilə ,bahar ilə
* * *
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.
Yeni il gəldi,yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi."

Beləcə heyvanlar bayramı qeyd edib ,mehribancasına yaşamaga başladılr.
Müəllif, Leyla Yaşar
YAZARLAR.AZ

3 dəfə oxundu

Axtarış