İLQAR - ZAUR USTAC
Müəllif: YAZARLAR.AZ


21.06.2021



(İlqar Mirzəyevin əziz xatirəsinə)

Qəhrəman olmaq üçün
Gəlmişdi Yer üzünə.
Silahı sevgi idi,
Qonmuşdu nur üzünə.
*
Verdilər İlqar adın,
Böyüdü üzdə vüraq.
Fəxriydi dostun, yadın,
Əhdinə düzdü İlqar.
*
Ananın sevinciydi,
Obanın şan-şöhrəti.
Ziyası oldu xalqın,
Əritdi zin-zülməti.
*
Gətirdi gedişiylə
Şərəfi, şanı bizə.
Qollara qüvvət oldu,
Təpəri yetdi dizə.
*
Məzara düşən gün o,
And içdi mərd oğullar:
-“Bu qanı alacağıq,
Sən rahat uyu, İlqar!”
*
İgidlər tutdu sözün,
Bir gündə döndü zaman.
Əmr verdi komandan:
-“Düşmənə yoxdur aman!”
*
Çin oldu arzuları,
Qarabağ oldu azad.
Uyuyur rahat indi,
Şəhidim indi rahat...
21.06.2021. Bakı ş.
Müəllif: Zaur Ustac
YAZARLAR.AZ və BİTİK.AZ

5 dəfə oxundu

Axtarış