İTKİN - FƏRİDƏ ABDUL
Müəllif: YAZARLAR.AZ


01.10.2021


İTKİN
Yuxusuzam hər gecə Qələm,
vərəq əlimdə Saatlarla baxıram.
Açıb töksəm içimdən
Sağlam yer də tapmaram.
Yaram eşqimnən dərin,
Keçmir bütün gecəni
Dinləyirəm Sezəni .(Sezən-musiqiçi)
Ağla,ağla nə qədər?
İnsaf elə gəl bir az,
Nə dost olaq, nə düşmən
Bir fincan qəhvə içib,
Keçmişi xatırlayaq.
Gülüm bəzən gözünə,
Deyim yalan üzünə
Deyim ki unutmuşam,
Silmişəm,sovurmuşam
Sənlə baglı hərşeyi
İçimdə qurutmuşam.
Bir azcada sən danış
Ailəndən,evindən
Razısanmı de bilim
Mənə etdiklərindən?
Yalan demə bu dəfə
Səmimi ol,dürüstcə
De görüm bir bilim mən
Həyat belin əydimi?
Tapdığların həyatda
İtirdiyinə dəydimi?
Müəllif, Fəridə Abdul
YAZARLAR.AZ

3 dəfə oxundu

Axtarış