Leyla Yaşar - 7 - də "yatan " ürək
Müəllif: YAZARLAR.AZ


21.12.2021


7 - də "yatan " ürək ..
Yenə yuxudan hövlank ayıldı. Bütün bədənindən su axırdı. Saata baxdı.Saat 7 - idi .
Yuxuda yenə onu görmüşdü. 7 ildi hər gecə eyni yuxu görürdü.Çərəsizcə ona baxıb,imdad diləyən gözləri.
Ailə qurduqdan 7 il sonra həsrətinə son qoyulmuşdu .İllərlə gözlədiyi körpəsinə qovuşmuşdu.Necə sevinmişdi o gün.. Bəs sonra?..
Taleyi agır zərbəsini vurmuşdu ona.Sanki yanında bir cəllad daşıyırdı. O keçən 7 ildə də helə olmuşdu.Hər sevinəcəyi anın məqamında taleyi cəlladını göndərərdi .Bütün ümüdləri balta altına düşər , qırıq- qırıq olardı.
Bu gün də cəllad özünü yetirmişdi. 7 aylıq oglunun qan xəstəsi oldugunu öyrənmişdi.Nələr yaşamışdı ,o xəbəri alanda.Dünya başına fırlanmışdı.Özünü öldürmək,daşlara ,qayalara çırpmaq istəmişdi o anda.
Amma dayanmışdı,durmuşdu, o bir damcı ümüdə sıgınmışdı.Bəlkə deyə..
Allahına diz çökmüşdü,yalvarmışdı,göz yaşları sel olmuşdu,duaları qatara çevrilmişdi həmən gün .
Körpəsini qucagına alıb ,öpüb qoxlamışdı doyunca.Saniylərdən qorxmuşdu,dəqiqələrə yalvarmışdı,saatlara sıgınmışdı getməsinlər deyə ..
Hər dəqiqə gözü gözünə baxırdı körpəsinin.Nəfəsini içinə çəkir,sanki özündə saxlamaq istəyirdi.Toppuş əllərindın tutub,ovuclarının qoxusunu qoxlayırdl doyunca..
İllər bir - birini əvəz edirdi.Ana hər gün ölür,diririldi, körpəyə bir şey olacaq deyə .
7 yaşı vardı taleysiz Talehin.
Bu gün yenə amansız "cəllad "
özünü yetirmişdi.
Günahsız mələk xəstəxanaya çatırılmışdı.Bir tərəfdə çarəsiz ana ,bir tərəfdə naümüd ata.
Nə qədər çətinmiş ,İlahi valideyin olmaq.
Onda anlamışdı hər şeyi.
Beli bükülmüş ,çarəsizcə,ümüd dolu gözlərə baxa bilmək nə qədər agır dərd imiş ,İlahi.
Ümüd dolu gözlərə ümüdlə baxmaq cəsarət tələb edirdi,güc tələb edirdi.Taqəti kəsilən ata, ananın gücü yalnız gülümsəməyə çatırdı.
Uşaq məsum baxışlarıyla anasına tərəf çöndü:
- Ana ,mən sagalacam, deyilmi?
-Təbii ki ,mənim balam.
Ala gözlərdə işıq parıldadı.
Ata üzünü divara çevirdi.
Bu dəfə sual ona gəldi:
- Ata , anam deyir sagalacam, futbola gedə bilərik?
- Əlbəttə oglum.
Bu dəfə ana üzünü divara çevirmişdi. Agladıqlarını hiss etdirməsinlər deyə..
Ala gözlərdəki ümüd işıgı dünyanı işıqlandırırdı.
Vəziyyət get - gedə geriyə gedirdi.Həkim nə qədər acı olsa da dözümlü olmagı məsləhət görmüşdü.Bu məsum ,ümüd dolu gözlər hər an əbədi yumula bilərdi.
Hərəsi bir əlindən tutmuşdu.Təqətsiz əlləri ovuclarının içində saxlamışdılar.
Gözlərini o gözəl gözlərı dikmişdilər.O işıq yox idi artıq.Baxışlarıyla işıq vermək işıqlandırmaq istəyirdilər.Hərdən gözlərini açıb onlara gülümsəyən körpənin saçlarını sıgallayır,alnından , əlinədn öpürdülər.
İlahi,nə qədər çətin anlar idi, o anlar.Sevdiyin, ciyər paranı o vəziyyətdə görmək.Saniylər sonra əbədi olaraq ayrılmaq,son nəfəsini hiss etmək ,çarəsizcə dayanıb heç nə edə bilməmək.
Heysiz barmaqlara toxunmaq, öz canın hayında olub ,hərdən səndən kömək istəyən birinə göz yaşları içində gülümsəməyə məcbur olmaq çox çətindi, çox ...
Saniyələlər keçdikcə ömründən ömür çalınmışdı o gün.. Gözlərini gözlərindən heç çəkmirdi.
Səhər saat 7..
Canından can qopan o gün.
Fəryadı xəstəxananı silkələmişdi o gün..
O gün bu gün ,7 ildi bu dünyanın sakini "deyildi" .
7 ildi hər gün səhər saat 7 də o yuxunu görür ,o ümüd dolu gözlərə çarəsizcə baxırdı .
Anlaya bilmədiyi sehirli 7 rəqəmi idi.Nə istəyirdi ondan?
Müəllif, Leyla Yaşar
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış