Leyla Yaşar - Həyat dərsi...
Müəllif: YAZARLAR.AZ


28.11.2021


HƏYAT DƏRSİ
Bəzən bezərsən ,bəzən yorularsan, səssizcə için - için aglıyarsan, yorularsan ,doyarsan ,amma əl çəkə bilməzsən !
Təkliyə çəkilib düşünərsən, dagı.arana, aranı daga daşıyarsan ,xəyallara dalarsan ,xatirələrlə dalaşarsan ,yenə də sakitləşib susarsan.
Bəzən hər şeydə özünü ,bəzən də başqalarını günahlandırıb taleyindən küsərsən.
Axtararsan - axtararsan çıxış yolu tapmazsan,ümüdsüzlüklə çırpışarsan, göz yaşlarını sel kimi axıdarsan qəhərdə bogularsan ,yenə də güclənib ayaga durarsan.
Çox qəribədi , dostum , həyatla dalaşa - dalaşa ,onu pisləyə - pisləyə sevərsən.
Səni agladar,amma yenə də yüyüyrüb onu qucaqlayarsan.
Heç buraxmaq istəmızsən onu, o səni buraxsa belə.
Birdən o qədər yorularsanki ,keşkə ölsəm canım qurtara deyərsən, amma barmagına bir tikan batan kimi tez çıxardıb sarıyarsan.
Ölümdən o qədər qorxarsanki ,həyatın yaşatdıqlarını bir saniyədə unudarsan.
Sevgidə xəyanət görərsən ,dostdan xəyanət görərsən , dogmalardan pislik görərsən ,amma yenə də həyatdı deyib keçərsən.
Əzilərsən,əyilərsən ,amma sınmazsan .
Büdrəyərsən, yıxılarsan ,qalxıb axsayarsan, sonda yüyürməyi bacararsan .
Həyat bir dünyadı , səni yaşadan dünya. Səni var edən dünya!
Həyat səni agladar dostum, aglıyarsan, göz yaşın qurumamış silərsən gülümsünərsən..
Həyat aglamaqdı ,həyat yıxılmaqdı , əzilməkdi ,düşməkdi ,qalxmaqdı dostum!
Yıxılarsan yenidən durarsan ,yenidən yıxılarsan ,yenidən tutunarsan durarsan ...
Həyat sevməkdi ,sevgidi dostum!
Həyat xəyanətdi ,yara üstündə qaysaqdı ,dostum!
Həyat unutmaqdı,unudulmaqdı,xatırlamaqdı, xatirədi ,dostum!
Həyat boşluqdu,həyat xəyaldı,həyat ümüddü ,həyat çıraqdı, dostum!
Həyat mübarizədii, həyat iradədi ,həyat dözümdü, dostum!
Görəcəyin heç nədən qorxma ,dostum.
Bezəcəksən ,yorulacaqsan susacaqsan ,qışqıracaqsan , yıxılacaqsan ,duracaqsan amma yaşayacaqsan ,dostum!
Həyat devizin bu, nə qədər küssəndə ,aglasan da ,bezsən də mübarizəni yanından heç yerə buraxma.
Ürəyində sevgi ,yanında ümid ,üzündə sevinc ,amacın yaşamaq olsun , dostum !
Müəllif, Leyla Yaşar
YAZARLAR.AZ
WWW.USTAC.AZ ve WWW.BİTİK.AZ

3 dəfə oxundu

Axtarış