Məktəb illəri
Müəllif: Səmi


07.11.2019


Sinif yoldaşım Məlahət
Paşayevaya ithaf olunub

Əl ver,birlikdə boğulaq
Yaddaşında xatirənin.
Alıb,yenidən doğulaq!
Bizi,bizə yetirənin,
Bu dünyaya gətirənin.
Tək istəyi bəsdi bizə.
Güzgü tuta qəlbimizə.
Qulaq verib,eşit,dinlə.
Yolçu olaq biz səninlə.
Tut əlimdən apar məni,
Qocalıqdan qopar məni.
Yoxsa əcəl tapar məni!
O illərə yoldaş olaq,
Uşaqlaşıb qoldaş olaq.
Al çantanı gedək dərsə.
İşimiz düşərsə tərsə,
Köməkləşib bir yol tapaq,
Çubuq atı minib çapaq.
Yolumuzdan tez-tez sapaq.
Kor fələkdən sevinc qapaq!
Mayak olub bu sapıntı,
Qoy aparsın nağıllara
Gülüş dolu günümüzü.
Tale açsın önümüzü!
Hay-küyümüz bir tapıntı.
("Hay -küy hara,ağıl hara?")
Qəhqəhəmiz qulaq yırtsın.
Arzular günəştək çırtsın.
Qanadlanıb pərvazlaşsın,
Gələcəyi qoy dolaşsın.
Qədrini o günlərin
Bəlkə onda bilərdik.
Ehtimalın,zənnlərin
Olmasını dilərdik.
Kaş sinifdə qalardıq,
Bitirməzdik məktəbi.
Bu qalışla salardıq
Məktəblərə o dəbi.
Çox əfsuslar...
Durulacaq hələ sular.
Gəl,xatirəm,gəl,al məni,
Qadan alım.
O uşaqlıq illərimə
Sən sal məni,
Yada salım
O günləri birər-birər!
Qəlbim titrər,gözüm görər,
O uşaqlıq dostlarımı!
Alt yapımı,üst varımı.
Hərə çəkilib bir küncə,
Pıçıldaşsın,qoy danışsın
Kimlər kimi sevir deyə.
Öz adını eşidincə
Qulaq versin yenə qızlar
Gözlərini döyə-döyə.
Hamı hamıyla anışsın.
Yoxsa ürək dözməz,sızlar,
Ağlayaram zülm-zülm.
Bilməm necə deyim,gülüm?!
Öz-özümdən soruyası
Sorum qalıb.
Məndə belə yorum qalıb:
Məktəb illəri,
Uşaqlığın aynası!
Cavanlığın doyması!
Qocalığın öyməsi!
Az sevincin azı,bəsi.
İlk sevginin susan səsi!
Duyğuların duyğusalı,
Bitməz həsrətin,vüsalı!
Hər dəqiqə,hər bir zaman,
Arzu doğulduğu məkan!
Yazılmamış səhifələr,
Daha nələr...,daha nələr...
O günlərdən ayrılanı
Param-parça qəlbimi
Nədir,tanrım,söylə bir,
Göyüm-göyüm göynədən?
Şirin-şəkər arzular
Gər olsa da göylə bir,
Puç elədi göy nədən?
Puç elədi göy nədən?

9 dəfə oxundu

Axtarış