MÜQƏDDƏSLƏR - ZAUR USTAC
Müəllif: YAZARLAR.AZ


09.05.2021


MÜQƏDDƏSLƏR
(... bütün məzarsız Vətən övladlarına ithaf olunur...)
Səngəri məzarı olan qardaşım,
Hələ də bilinmir əhvalın sənin...
Dəfndən Məada Bərzəx deyirlər,
Məchuldur durumun, məqamın sənin...
* * *
Silahın pas tutub, daha heç atmaz,
Dəbilqən gəzsə də, çəkmən köç etməz,
Kəmər yox olsa da, toqqan heç itməz,
Qumquman olubdu kimliyin sənin...
* * *
Üç rəngli bayrağım süsləyən dağlar,
Hər zirvə minlərlə şəhidi ağlar,
Bənövşə çiçəyi qəlbimi dağlar,
Dağların ağ qarı kəfənin sənin...
* * *
Zaur buz bulaqdan içəmməz daha,
Bənövşə müqəddəs, dərəmməz daha,
Ağ qarı tapdayıb, gəzəmməz daha,
Bu yurdun nəyi var, ünvanın sənin...
09.05.2021. - Bakı.
Müəllif: Zaur Ustac
YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

3 dəfə oxundu

Axtarış