Ölümün caynagında - Leyla Yaşar
Müəllif: YAZARLAR.AZ


23.11.2021


Ölümün caynagında
- Salam !
- Salam . Nə lazımdı?
Sən kimsən ? Mən hardayam?
-Xatırlamadın?
- Yox. Bura haradı ? Gözlərimi niyə aça bilmirəm? Mənə nə olub? Heç nə hiss etmirəm . Əllərim hanı ? Bəs ayaqlarım? Niyə axı , niyə ayaga dura bilmirəm? Niyə susursan?
- Fikirləş , xatırlayacan .
- Fikirləşə bilmirəm!
- Mən sənin yer üzündə bitən zamanının son saniyəsiyəm.
- Nə zaman , nə saniyə ?
- Sən gözəl qonagını qarşılamaq üzərəsən.
-Qonaq, nə qonaq? Sən kimsən axı ? Nə istəyirsən?
- Sənə qoy düzünü deyim. Cənabi haqqın ölüm mələyiyəm!
- Niyə gəlmisən?
-Səni aparmaga.
- Mən getmək istəmirəm axı .
-Son anındı artıq . Bu yol hamınıza var . Gəldinizsə gedəcəksiniz demək .
- Hara və niyə aparırsan məni? Mənim yarımçıq işlərim çoxdu.
- Bu qədər zamana sıgışdıra bilmədin işlərini?
- Yox , təbiiki . İnsan övladı doguluşdan ölümünə qədər çarpışır.
- Mənim vəzifəm bu . Gəlib can alaram .
- Mən ölmək istəmirəm!
- Doguluşunda , ölümündə yaradanın əlində. O ol dedisə olar.
- Mən üsyan etmirəm . Doymadım axı bu həyatdan?
Hələ cavanam ölmək istəmirəm..
- Sənin vaxtın burda tamamdı artıq . Gözlərini aç , ətrafa doyunca bax , gülümsə .
Bu zaman ətrafda şeytan peyda olur .
- Kəlmeyi şəhadətini oxuma .Sən ölmürsən .
İki mələk görsənir . Biri sag , biri sol çiyninə qonur .
- Əməllərini yazacagıq.
Yenə şeytanın səsi gəlir .
- Ey insan , nəfəs al , nəfəsini artır , sən güclüsən , sənə heç kim qalib gələ bilməz!
Bu dünya sənindi , sən həmişə qalibsən , sən ölməyəcəksən !
-Sən kimsən?
- Mən sənin özünəm !
Gözlərini açır ətrafa baxır , budur yol kənarında uzanıb , hər yeri qanın içindədi . Əlin tərpətmək istəyir . Yox deyəsən qolu yoxdu axı . Bir az kənara düşüb . Nə baş verir burda?
- O kimdi aglayan? Niyə aglayır görəsən?
Bəs ayaqları hanı ? Aha o tərəfdə ayaqqabıları görsənir . Ayagı üstündə deyil .
Hamı ətrafa qaçır , nəsə axtarırlar . Burda nə baş verdiyini kimsə mənə deyəcək , ya yox?
- Ey insan, bu sənsən . Qəza törətmisən , yüksək sürət səni məhv edib .
Budur anası , aglaya - aglaya , öpə - öpə ayaqlarını tapıb gətirir .
- Ana, aya ana ayagımı bura qoy , bax bura . Qoy birləşsin ayaga durum .
Şeytanın səsi:
- Sən güclüsən , qalx ayaga !
Bəs bədənim hardadı axı ? Niyə bədən üzvülərim məndən uzaqdadı?
- Onlar artıq səni istəmirlər . Sən onlara sadiq olmadın . Düşünmədin ki bir gün səni tərk edə bilərlər .
- Mən , məən neynədim axı?
- Bax , anana, atana , bacına gör necə aglayırlar. Sən onlara da əziyyət verdin.
-Mən ölmək istəmirəm! Mən hələ cavanam!
- Hazırlaş gedirik.
Ruh yavaşcadan bədəni silkələyir .
- Ey bəni insan, mən gedirəm .
32 ildi səninlə agladım güldüm . Səninlə gəzdim . Cisminlə dost oldum . Bax görürsənmi heç nəyin sonu yoxdu . Və bir gün gəldi , mən cismini tərk edirəm!
Şeytanın məglubiyyət dolu qahqahaları ətrafa yayıldı . Get - gedə səs yavaşımaga başladı . Gözləri qapanmaga , bədən heydən düşməyə , hissiyyat məhv olmaga dogru gedirdi artıq . Heç nə qavramır , heç nə duymurdu. Bərkdən qışqırmaq istədi , yox səsi də çıxmır ,əlini qaldırmaq , sagollaşmaq istədi nə qədər etsə də əli qalxmadı .
Həqiqətənmi sonudu?
Qısa həyat yolu göz qabagına gəldi . Yaşadıqları , yaşatdıqları bir lentə düzülüb gözü önündən keçməyə başladı . Budur o balacadı anasını incidir , burda böyüyüb müəlliməsin dinləmir , sinif yoldaşının qələmini ogurlayıb , bax burda küçədə uşaqları döyür , bu lentə bax hələ qızı aldadır , yalvarışlarına məhəl qoymur , anasına qışqırır , atasının sözünə baxmır .. Nələr var burda nələr ..
Gedəcəksə bəs bu günahlar necə olacaq ?
Əzrayıl əlində xəncıriylə ona baxır :
- Hazlrsanmı ?
-Əslində yox, bu qədər günahla mən qorxuram getməyə .
- Qorxma , Allah bagışlayandı . De görək kəlmeyi şəhadətini .
- Əşhədü ən la illahə illəllah
-Əşhədü ənna Mühəmmədən rəsulullah
Quran sədası , hıçqırıq..
Əzrayıl bir can daha alıb gedir ..
Bu da bu dünyanın faniliyinə inanmayan ,sagollaşmaq istəməyən bir insanın uzun görsənən , əslində qısa olan ömürünün sonu...
Müəllif, Leyla Yaşar
YAZARLAR.AZ
WWW.USTAC.AZ ve WWW.BİTİK.AZ

3 dəfə oxundu

Axtarış