Ömürdən bir qatar geçir.
Müəllif: Elay Nesibli


10.10.2017


Yoluma göz dikib, bir dəmir yolu
Bu gecə ömrümdən keçər bir qatar
İllərim vaqona sərnişin olub
Beləcə ömrümdən keçər bir qatar.

Vaqonun birində uşaqlığımdı
Könlümdə bir azca ağrı acı var
“Ana” vağzalında dayanır qatar
Ana laylasına ehtiyacı var

Vaqonun birində məhəbətimdir,
Özü-öz yükünü daşıya bilmir
“Hicran” vağzalında dayanır qatar,
Bir gözəl gözünün yaşını silmir.

Vaqonun birində sevincim, qəmim,
İkisi bir yerə sığışa bilmir
Buluda qoşulub uçan arzular
Ömrün qatarına yığışa bilmir

Ömrümdən beləcə keçir bir qatar
Keçdikcə sinəmdən izi silinmir
Sonuncu vaqonda ömrümün yolu
Hələ ünvanın sonu bilinmir.

Vəli Xramçaylı

5 dəfə oxundu

Axtarış