Onlar - Aytac İbrahim
Müəllif: YAZARLAR.AZ


27.09.2021


Oğul var evdən gedər,
Oğul var eldən gedər.
Arzusu ürəyində,
Xəyalları nakam gedər.
* * *
Baxma qartal duruşuna
Sol yanı kədər gedər.
Evdən uzaq diyarlara,
Bir yolluq uçar gedər.
* * *
Gedər boğçasın yığıb,
üzü cənnətdə bitər.
Nazlı yarə xəbər edin,
Əğyarı göydə süzər.
* * *
Rəbbə imanınız yoxmudur?!
Sübhə gümanınız yoxmudur?!
Ağlamayın, mən şəhidəm...
Sözüm artıq burda bitər...

Müəllif, Aytac İbrahim
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış