QƏLƏNDƏR XAÇINÇAYLI - DƏRDİMİZ VAR
Müəllif: Yazarlar.AZ


09.01.2020


QARABAĞ
Çirkin oynlardan çıxa bilmirsən,
Övladın qoynundan düşübdür pərəm.
Hardadır Koroğlu, o igid ərən,
Girovda qalmısan anam, Qarabağ!

Edilən zülmətə, əsarətə bax,
Dağılmış yurduna, xəsarətə bax,
Kimdir içimizdə o satqın, alçaq?
Yoxdur cəzasını alan, Qarabağ!

Bəsirət gözlərim kor olub mənim,
Yad eldə, obada gör olub mənim,
Torpağı qan qoxur ana vətənin,
Bu qədər şəhidi olan, Qarabağ!

Həqiqət qoynunda yalan gizlənir,
Şeytan yuvasında ilan gizlənir,
Papağın altında iman gizlənir,
Sabaha açılır yalan, Qarabağ.

Sağalmaz yaran var, yaramın üstə,
Başından çəkilmir duman da, his də,
Nə olar, millətdən sən qeyrət istə,
Dağ çəkən, dağlanan, yanan, Qarabağ.

Hanı cəsarətin, hanı hünərin?
Bil, gözü sən idin bütün bəşərin,
Ey mənim əlçatmaz gözəl dilbərim,
İlbəil saralıb, solan, Qarabağ.

Bizləri imana, sən dinə gətir,
Qəlbimizdə vətən sevgisi bitir,
O çöllər, o torpaq ah, nalə çəkir,
Bu cür sən yaşama, talan, Qarabağ!.

Analar göz yaşın quruda bilmir,
Bu dərdi, bu səri unuda bilmir,
Artıq yalanları uda da bilmir,
Sinəmdə sağalmaz yaram, Qarabağ.

Müəllif: Qələndər Xaçınçaylı

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

7 dəfə oxundu
user profile image
Yazarlar.AZ şərh etdi.
10 months ago

Sağalmaz yaran var, yaramın üstə, Başından çəkilmir duman da, his də, Nə olar, millətdən sən qeyrət istə, Dağ çəkən, dağlanan, yanan, Qarabağ.


Axtarış