QIJ-QIJ (Dodaqdəy(g)məz) - HİDAYƏT
Müəllif: YAZARLAR.AZ


02.11.2021


QIJ-QIJ
(Dodaqdəy(g)məz)
Leysan yağar dəryalardan ziyadə,
Axar gedər (...) haraya qıj-qıj,
Yetərkanə içər yerlər ziyadə,
Dalı gələr hardan haraya qıj-qıj.
* * *
Səni xəlq eyləyən (...) adil Tarı,
Ala səndən yenə (...) arı,
Gedən təndən canın yarıdan yarı,
Çıxar canın (...) haraya qıj-qıj.
* * *
Sataşanda eynin yarın eyninə,
Allanarsan hərcayının diyninə,
Atlaz, xara yar əgninə giyniyə,
Edər xəlqə nazı haraya qıj-qıj.
* * *
Yar dəstindən çayı sada algilən,
Çay içəndə şirin yada salgilən,
Can diyəndə canan yada salgilən,
Çağır Allahını haraya qıj-qıj.
* * *
Hidayət kəndi yar(ı) eylədi candan,
Yəni dəryada ləh(i) eylədi kandan,
Nakəszadə ayə ki, gəldi handan,
Saldı cidalığı araya qıj-qıj.
Müəllif: Hidayət (هدایت)
Mənbə: V. Xuluflu, “El aşıqları”, Bakı -1927.
Əski əlifbadan latın əlifbasına transleterasiya edən Zaur Ustac

YAZARLAR.AZ və BİTİK.AZ

3 dəfə oxundu

Axtarış