Sənin Səmindim!
Müəllif: Səmi


18.12.2019


Təlatümlü bir dəryamsan,mən qoynunda gəmindim.
Üzəcəyik səadətə,lap yüzə-yüz əmindim!

Məhəbbətin toxumunu ürəyimə sən səpdin,
Qoyma onu yadlar biçə,axı sənin zəmindim.

Səni cevən aşiqlərin çoxu çox tez dəyişdi.
Öz eşqimə sadiq qaldım,necə vardım,həmindim.

Eşqi tərənnüm eləyən nəğmə idik hər zaman,
Sən həmişə mənim zilim,mənsə sənin bəmindim.

Özgələrlə xoş ülfətin qana boğdu qəlbimi.
Xəyalımın göylərindən hövsələsi kəm endim.

Xoşbəxtliyi həyatımdan qətrə-qətrə yox etdin.
İçinə qəm toxum atmış bir bəlirsiz dəmindim.

Can evimin qapısını çox gözəllər çaldılar.
Bir kimsəyə uymadım ki,təkcə sənin Səmindim!

14 dəfə oxundu

Axtarış