SƏRVƏR MƏSUM - VƏTƏNDİ
Müəllif: YAZARLAR.AZ


25.03.2021


Vətəndi...
Yavaş yeri , ayaq saxla, qardaşım ,
Gəzdiyin o yerlər , torpaq vətəndi.
Əvvəl dinlə duasını hər daşın,
Gördüyün qayalar , hər dağ vətəndi.
* * *
Əmanətdi yurd yerləri , obalar,
Bizə miras qoyub gedib babalar,
Qürur mənbəyidi uca qalalar,
Göylərə çəkilən bayraq vətəndi.
* * *
Qarı düşmən cəhd etməsin , əbəsdi,
Vətən bizim aldığımız nəfəsdi,
Bəlkə də bu kimlərəsə həvəsdi,
Bizim üçün solan yarpaq vətəndi.
Müəllif: Sərvər MƏSUM

2 dəfə oxundu

Axtarış