SƏRVƏR MƏSUM - YAŞA
Müəllif: YAZARLAR.AZ


23.03.2021


Yaşa
Hər birimiz bir əskərdik,
Sinəmizi yerə sərdik,
Neçə- neçə şəhid verdik,
Azad oldu Ağdam , Şuşa,
Yaşa , Azərbaycan , yaşa !
* * *
Adımızla , sanımızla,
Canlar verdik canımızla,
Bircə qaşıq qanımızla,
Nişan qoyduq dağa , daşa,
Yaşa , Azərbaycan , yaşa !
* * *
Səda saldıq hər tərəfə,
Hücum etdik bircə dəfə,
Gəlib çatdıq son hədəfə,
Qələbəni,
44 günə vurduq başa,
Yaşa , Azərbaycan , yaşa !
Müəllif: Sərvər Məsum

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

2 dəfə oxundu

Axtarış