Sona Abbasəluqızı Ismayılova DİLİM TÜRK DİLİDİR
Müəllif: YAZARLAR.AZ


02.08.2021



DİLİM TÜRK DİLİDİR
Cahan ünvanlıdır sorağım mənim,
Küləklər olubdur darağım mənim.
Min ildir ucalıb bayrağım mənim,
Dilim türk dilidir,TÜRK ÖVLADIYAM!
* * *
Qeyrət əzəl gündən ocağım olub,
Gündoğan,Günbatan qucağım olub.
Dünyaya hökm edən bir çağım olub,
Dilim türk dilidir,TÜRK ÖVLADIYAM!
* * *
Döyüşdə tanımaz qılıncım qını,
Axar tiyəsindən düşmənin qanı.
Uca saxlamışam dostluq haqqını,
Dilim türk dilidir,TURK ÖVLADIYAM!
* * *
Zənn etmə həyatda sınasıyam mən,
Müzəffər günlərin hənasıyam mən.
TURAN ellərinin Sonasıyam mən,
Dilim türk dilidir,TURK ÖVLADIYAM!

Müəllif, Sona Abbasəluqızı Ismayılova
YAZARLAR.AZ

3 dəfə oxundu

Axtarış