Tabutların " söhbət" i.. - Leyla Yaşar
Müəllif: YAZARLAR.AZ


05.12.2021


Tabutların " söhbət" i..

Yenə gətirib qoymuşdular onları, yenidən aparmaq üçün. Neçə gündü onları " dinc" qoymurdular.
Birinci sagdakı tabut başladı söhbətə.
- Bu il bizim işimiz yaman " agır" oldu.
Soldakı tabut fikrə daldıgından onu eşitmədi.
- Hey səninləyəm? Nə yaman dərin xəyala dalmısan?
- Bizdə xəyal var? Biz reallıgıq.
- Yadıma bilirsən nə düşdü?
- Nə?
- O gün ki " qonag" ım.
- Hə ,onu məndə unuda bilmirəm.Uzaqdan gördüm
" qonag" ını.
- hə .- deyib ah çəkdi tabut.
Sən sonrasın görəydin.
- Nə oldu ki?
- Əslində bizdə nə yenilik var ki? Daşıdıgımız cansız bədənlərdi
" qonag" ımız.Üstümüzdə aglayıb göz yaşı tökərlər,bəzən qapagımızı açıb əzizlərinə son dəfə baxarlar .Bəlkə də bizə qargış edərlər ,bəlkə də əzizlərini incitmədən daşıdıgımız üçün təşəkkür edərlər bilmirəm.
- O gün nə olmuşdu ,demədin.
- Hə ,düz deyirsən .Çox çətindi danışmaq. O gün bir " qonag" ım var idi. Şəhid idi. 3 aydı qar altında qalan nəşini daşıyırdım.Anasını bir görsəydin. Məni necə bəzəmişdi...Üstümə atdıgı qırmızı xalatları görsəydin.Evin tək oglu idi deyəsən,atası da yox idi .O zərif çiyinlərə toxundum mən.Bilirsənbu nə deməkdi? Qadın çiynində getdim məzarlıga mən.
- Eh , biz nələr görmədik? Tək ayaq daşıdıgım , baş daşıdıgım vaxtlar olub.
- Onu da düz deyirsən, o qədər yarı canlar daşımışıq ki?
-Bax yenə neçə tabut gətiriblər bura.Əvvəllər burda bizdən başqası olmazdı.
- Hə bu son ildə bizi çox " yordu" lar.
- Elədi , hələ son vaxtlar yayılan xəstəliyə görə bizi nə qədər dərmanla yuyurlar.
- Əvvəllər " qonaq" larımızın əksəriyyəti yaşlılar olardı.
- Sənə bir əhvalat danışım. O gün məni tez - tələsik gəlib apardılar.Bir cavan uşaq intihar edibmiş. Molla namaz da qılmadı.Aparıb tez basdırdılar.Məni də gətirib tulladılar bura, sanki yenidən lazım olmayacaqmışam.
- Eh , sən nə qoyub , nə axtarırsan? Bu dünya durduqca bizlər də olacagıq.İnsanın son yol yoldaşıyıq biz.
- Düzdü bir gün biz də olmayacayıq. Sınıb ,dagılandan sonra görən bizlərin son mənzili hara olacaq.
- Həyat budu dostum, sonu olan heç nə yoxdu!
Söhbətləri yarımçıq qaldı. Yenə
qara maşın gəlmişdi. Bu dəfə
" qonaq" ları çox idi deyəsən . İkisini də ehmalca maşına qoydular. Deyəsən başqalarını da aparacaqdılar.
- Görəsən nə baş verir?
- Bilmirəm , bax, bizdən başqa 12 tabut da var burda.
- Ay aman, nə olub belə?
- İndi biləcəyik,sakit ol.
- Deyəsən qəzadı.Təyyarə qəzası .Hərbiçilərdi " qonag" ımız.
14 tabut yan - yanaydı.
- Sizlər də burdasınız ?
- Hə .
- Yaman agır dərddi.
- "Qonaq" larımız deyəsən elə - belə adamlar deyil?
- Hə..
- Yaxınlarına bax. Saçını yolan qadının ogludu mənim " qonag" ım.
- Mənim " qonag" ım o balaca uşaqların atasıdı.Bayaq məni qucaqlayıb doyunca agladılar.
- Bizlər onların sonuncu dəfə qucaqladıgı anası ,atası ,bacısı ,qardaşı ,
yoldaşı ,əzizləriyik.
- Nə yaman dərdlərə ortagıq biz.
Tabutlar bayraqlara büründü .Yola salındı .Hər biri öz son mənzilinə .
Yenə də çiyinlər dəyişəcək ,tabut bu çiyindən o birisinə keçəçək.Yollar gah uzanacaq, gah qısalacaq.
Kim bilir , bizlərin çəkdiyini . Həm
fiziki yük daşıyırıq, həm mənəvi.
- Nə olar, bizə qargış etməyin.Axı biz sizlərlə həmdərdik!
Müəllif, Leyla Yaşar
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış