...
  • Taleh Xəlilov
  • Yazarlar.AZ
  • ZƏHMƏTKEŞ YARADICILIĞIN BƏHRƏSİ

    Naxçıvanda təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsinin tarixi Azərbaycan məktəb və pedaqoji fikir tarixinin tərkib hissəsi kimi həmişə diqqət mərkəzində olmuşdur. Naxçıvan bölgəsi ən qədim dövrlərdən günümüzə qədər Azərbaycan xalqının mənəvi-mədəni sərvətlərinin, həmçinin məktəb tariximizin və təhsil mədəniyyətimizin zəruri hissəsini təşkil etmişdir. XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanının ictimai- mədəni mühit mərkəzlərindən biri olan Naxçıvan bölgəsində məktəb və təhsil tariximiz çox zəngin və mürəkkəb inkişaf yolu keçmişdir. Təhsil və pedaqoji fikir sahəsində belə bir tarixi təcrübənin, keçilmiş yolun verdiyi bəhrənin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyətə malikdir. Xalqımızın maariflənməsində bu dövrün əhəmiyyəti ilə bağlı ümummilli lider Heydər Əliyev demişdir: “Xalqımızın maariflənməsi, təhsillənməsi üçün o dövr çox əhəmiyyətli bir dövr olmuşdur. Biz bunu qiymətləndirməliyik, heç vaxt unutmamalıyıq. Biz tariximizə doğru, ədalətli qiymət verməliyik. Sözün əsl mənasında Azərbaycan məktəbi məhz iyirminci əsrdə yaranmışdır. Azərbaycan dilində, xalqımızın öz ana dilində uşaqlara, gənclərə təhsil verən və millətimizi təhsilləndirən məktəb yaranmışdır. Bizim bu gün malik olduğumuz iqtisadi və siyasi potensiala, təhsil potensialına görə o dövrdə yaranaraq inkişaf etmiş təhsil sisteminə borcluyuq”.

    Bu gün ölkənin regionlarında milli təhsil sistemimizin keşməkeşli yolunun öyrənilməsi, tarixən formalaşmış ictimai-mədəni sərvətlərimizin daha dərindən və hərtərəfli araşdırılması müstəqillik dövrünün verdiyi imkanlar daxilində arşdırılmalıdır. Regionlarda məktəb və pedaqoji fikrin inkişaf mərhələlərini, onun spesifikasını aşkarlayıb üzə çıxarmaq, pedaqoji fikir tarixində yerini və mövqeyini müəyyənləşdirmək ən vacib məsələlərdən biridir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Vahid Rzayevin “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası maraq doğrurur, elmi-nəzəri və praktik dəyərliliyi ilə diqqəti cəlb edir.

    Elmi redaktoru, pedaqogika üzrə elmlər doktoru, professor İsmayıl Əliyev, rəyçiləri isə pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Fərrux Rüstəmov və pedaqogika üzrə elmlər doktoru Həsən Bayramov olan monoqrafiya çox zəngin mündəricata və struktura malikdir. Qeyd edək ki, monoqrafiya 4 fəsil, 13 yarımfəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

    Monoqrafiyanın başlanğıcında “Müəllifdən” başlıqlı mətni oxuyanda əsərin zənginliyini sezmək olur. “Naxçıvanda məscid məktəbləri və mədrəsələri” adlı birinci fəsili “Qədim dövrlərdən XIX əsrə qədər Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafına dair xülasələr” və “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəbləri və mədrəsələrin vəziyyəti” başlıqlı iki yarımfəsilə ayrılır. Müəllif bu yarımfəsillərdə qədim dövrlərdən başyaraq XIX əsrə qədər uzun bir dövrdə Naxçıvanda məktəb və pedaqoji fikrin inkişafını araşdırmış, XIX və XX əsrin əvvəllərində Naxçıvanda məscid məktəblərinin və mədrəsələrin vəziyyətini tədqiqə cəlb etmişdir. Müəllif haqlı olaraq qeyd etmişdir ki, “Naxçıvanın elm və mədəniyyəti, maarif və təhsili çox-çox qədim tarixə malikdir. Qədim diyarın əsrlərin dərinliklərindən gələn maddi mədəniyyət abidələri müəyyən biliklərin, bacarıqların, tərbiyə keyfiyyətlərinin ifadəsi, nəcib və zəngin təcəssümüdür. Qədim Gəmiqaya rəsmləri Naxçıvanın qədim sakinlərinin məişət və yaşam məqsədlərindən doğan bacarıqlara malik olduğunu, nizamlı, düşünülmüş hərəkətlərə yiyələndiyini əyani şəkildə sübut edən maddi-mənəvi sərvətlərdir”.

    Müəllifin bu fikrindən aydın olur ki, qədim və ilkin orta əsrlərdə Naxçıvan bölgəsində formalaşmış məktəb və pedaqoji fikir ümumiyyətlə Azərbaycan mədəniyyətinin, təhsil və pedaqogikasının çox əhəmiyyətli səhifələrini təşkil edir. İndiki halda tədqiqat müəllifi bu monoqrafiyada Naxçıvanın təhsil və tərbiyə tarixinin bəhs olunan dövrlərinin açılmamış səhifələrini məharətlə araşdırmış, lazımi mənbələri dərindən və ətraflı şəkildə öyrənmişdir.

    Həmçinin müəllif bu fəsildə Naxçıvanda fəaliyyət göstərmiş məscid məktəbləri və mədrəsələri haqqında ətraflı məlumat vermişdir. Bildiyimiz kimi məktəblər Azərbaycannın bütün bölgələrində olduğu kimi, Naxçıvan bölgəsində də savad təlimi və şəriətin əsaslarının öyrədilməsi vasitəsi kimi başlıca tədris ocaqları olmuş, zaman-zaman nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, eləcə də müstəqil şəkildə təhsillənmə yoluna işıq salmışdır. Müəllifin qeyd etdiyi kimi, bu tədris ocaqları hələ ilkin orta əsrlərdə dövlət idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaşmasına, ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir.

    Monoqrafiyanın “Naxçıvan xanlığının Rusiya tərəfindən işğal edilməsi və bölgədə Rus dövlət məktəblərinin yaranması” başlıqlı ikinci fəsli “İlk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri”, “Naxçıvan qəza məktəbi”, “Məktəbin şagird heyyətinin milli və silki tərkibi”, “Məktəbin müəllimləri”, “Ordubad şəhər ibtidai məktəbi” və “Regionda kənd ibtidai məktəblərinin meydana gəlməsi və inkişafı” adlı əhəmiyyətli yarımfəsillərə bölünür.

    Müəllif bu yarımfəsillərdə ilkin olaraq ilk rus dövlət məktəblərində Azərbaycan dilinin tədrisi məsələlərinə toxunmuşdur. Məlum olduğu kimi, XIX əsr Azərbaycan dövlətinin tarixində və xalqımızın həyatında çox mürəkkəb və ziddiyətli bir dövr olmuşdur. Bu dövürdə Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının müstəmləkə siyasəti nəticəsində öz müstəqilliklərini itirmişdir. Müstəmləkə ərazisi kimi Rusiya dövlətinin tərkibinə qatılan Azərbaycanda digər sahələrdə olduğu kimi məktəb və pedaqoji fikrin yeni formalarının meydana gəlməsinə zəmin yaranmışdır. Müəllifin yazdığı kimi, Azərbaycanda maarifçi hərəkatın yaranması və yayılması rus dövləti tərəfindən təsis edilən məktəblərin xüsusi əhəmiyyəti vardı. Bildiyimiz kimi, bu məktəblərdə təhsil rus dilində aparılır, Azərbaycan dili isə ayrıca bir tədris fənni kimi öyrədilirdi.

    Daha sonra isə müəllif zəngin arxiv materialları əsasında Naxçıvan qəza və Ordubad şəhər ibtidai məktəblərini araşdırmışdır. XIX və XX əsrin əvvəllərində Azərbaycanda çox az sayda meydana gəlmiş ilk rus dövlət məktəblərindən biri kimi Naxçıvan qəza məktəbi ölkədə ictimai-mədəni mühitin meydana gəlməsində, inkişafında və qabaqcıl pedaqoji ideyaların yayılmasında əhəmiyyətli rol oynamışdır. Tədqiqatçının qeyd etdiyi kimi, qəza məktəbi Naxçıvan şəhərinin ictimai-mədəni həyatının yenilik əlamətləri, mütərəqqi məzmun keyfiyyətləri ilə zənginləşməsi və dərinləşməsi, bölgədə yeni-yeni məktəblərin açılmasına müsbət təsir göstərmişdir.

    Həmçinin müəllif Naxçıvan qəza məktəbinin şagird heyyətinin milli və silki tərkibini araşdırmış, məktəbdə dərs demiş və bu günə kimi elmə məlum olmayan bir neçə müəllim haqqında da məlumat vermişdir.

    Vahid Rzayev eyni zamanda Ordubad şəhər ibtidai məktəbini də tədqiq etmişdir. Məlum olduğu ki Ordubad Azərbaycanın əsrarəngiz təbiəti, xoş havası, insanların milli-etnik xüsusiyyətlərinin bənzərsizliyi ilə seçilən qədim bölgələrdən biridir. Müəllif bu bölgədə fəaliyyət göstərmiş Ordubad şəhər ibtidai məktəbini tədqiq etməsi təqdirə layiq haldır. Tədqiqatçı bu haqda yazırdı: “Ordubad ibtiadai məktəbi şəhərin və ümumən bölgənin mədəni həyatının inkişafında, əhali arasında maarifin yayılmasında, dünyəvi təhsilin və yeni, mütərəqqi baxışların meydana gəlməsi və inkişafında özünəməxsus yerə, mövqeyə malik olmuş tədris müəssisəsidir”.

    Daha sonra isə müəllif Naxçıvan bölgəsində fəaliyyət göstərmiş kənd ibtidai məktəblərini arxiv sənədləri əsasında arşadırmış, əldə etdiyi yeni məlumatları elmi dövrüyəyə buraxmışdır.

    Monoqrafiyanın “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun ənənələri əsasında Naxçıvanda rus-Azərbaycan (oğlan və qız) məktəbləri” adlı üçüncü yarımfəsli “M.T.Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi Naxçıvan rus-Azərbaycan oğlan məktəbi” və “Qadın təhsili uğrunda mübarizə və Naxçıvan rus-Azərbaycan qız məktəbi” başlıqlı iki yarımfəsilə bölünür.

    Müəllif böyük maarifçi ədib Məhəmməd Tağı Sidqinin “Məktəbi tərbiyəsi” və onun varisi olan Naxçıvan rus-Azərbaycan oğlan məktəbini tədqiqə cəlb etmiş və elmə məlum olmayan yeni faktlar üzə çıxarmışdır. Bildiyimiz kimi, Məhəmməd Tağı Sidqi həm ustad müəllim kimi maarifçilik hərəkatında misilsiz xidmətləri, həm də qələmə aldığı tərbiyəvi-didaktik əsərlər ilə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda məktəb və pedaqoji fikir tarixində çox böyük rol oynamışdır.

    Tədqiqatçı V. Rzayev yazır: “Məktəbi tərbiyə”nin Azərbaycan təhsil tarixində, yeri və onun əldə etdiyi nailiyyətlərdən biri bu tədris ocağında dövlət məktəblərindən fərqli olaraq azərbaycanlı uşaqların şagird kontingentini şəriksiz təşkil etməsində, bu sahədə tam üstünlüyə nail olmasında idi”.

    Bununla yanaşı müəllif Naxçıvan bölgəsində maarifpərvər ziyalıların qadın təhsili uğrunda yorulmadan apardıqları mübarizələrini işıqlandırmış, onların səyi nəticəsində Naxçıvanda açılmış rus-Azərbaycan qız məktəbini tədqiq etmişdir. Cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirən V. Rzayev qadının ictimai-mədəni və pedaqoji mühitdəki roluna xüsusən toxunmuşdur. O, yazır: “Naxçıvan ikisinifli rus-Azərbaycan qız məktəbi şagird kontingentinə görə dövrünün əhəmiyyətli tədris müəssisələrindən biri olmuşdur”.

    Monoqrafiyanın dördüncü və sonuncu fəsli “XX əsrin əvvəllərində Naxçıvanda ictimai-pedaqoji mühit” adlanır. Bu fəsildə “Görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və pedaqoji düşüncənin inkişafında rolu”, “Görkəmli maarifçi-pedaqoqların bölgədə ictimai-pedaqoji mühitin inkişafına təsiri” və “Muxtariyyətin ilk illərində təhsilin və pedaqoji fikrin vəziyyəti” başlıqlı üç yarımfəsilə bölünmüşdür.

    Müəllif ilk öncə Naxçıvan bölgəsində yaşayıb fəaliyyət göstərmiş görkəmli ziyalıların və qabaqcıl müəllimlərin təhsilin və eləcə də pedaqoji düşüncənin inkişafındakı rolunu araşdırmışdır. Bildiyimiz kimi, XIX əsr və XX əsrin əvvəllərindəki Naxçıvan mühitindəki ziyalı təbəqənin böyük xüsusi çəkisi olmuşdur. Onların böyük bir qisminin ali təhsilləri olmamasına baxmayaraq, öz bilik və təcrübələri ilə o, dövrdə daima fərqlənmişlər. Bu haqda tədqiqat müəllifi yazır: “Artıq XIX əsrin sonlarına yaxın Naxçıvanda maarifçi hərəkatın böyük bir dəstəsi yetişmişdi. Bu maarifçi ziyalılardan adı Naxçıvanda məktəb təhsili təcrübəsi ilə bilavasitə bağlı olan Mirzə Sadıx Quliyev, Əliməmməd Xəlilov, Məmməd bəy Qazıyev, Əbülqasım Sultanov, Mirzə Ələkbər Süleymanov, Sadıq Xəlilov, Rəhim Xəlilov, Ələsgər Şeyxhəsənov, Ələsgər Abbasov, Molla Məmmədqulu Qazıyev, Kərbalayı Cəfəralı Adıgözəlov, Mirzə Cəlil Şürbi, Məmmədəli Sidqi Səfərov, Kərim bəy İsmayılov, Mirzə Nəsurulla Əmirov, Məmməd Zamanbəyov, Rəhim Kazımbəyov, Şeyx Məhəmməd Rəsizadə, Əlirza Rəsizadə, Həsən Qazıyev və bir çox başqaları bölgənin təhsil tarixinin səhifələrini yazmışlar”.

    Daha sonra isə müəllif görkəmli maarifçi-pedaqoqların Naxçıvan bölgəsində ictimai-pedaqoji mühitin inkişafına göstərdiyi təsiri araşdırmış və yeni faktlar üzə çıxarmışdır. Məlum olduğu kimi, XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvanda təhsilin, ictimai-pedaqoji fikrin inkişafından Azərbaycan ictimai-mədəni fikrinin, pedaqogikasının görkəmli nümayyəndələri Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Üzeyir Hacıbəyov və başqalarının bu və ya digər şəkildə əməyi və misilsiz xidmətləri olmuşdur. Müəllifin qeyd etdiyi kimi, bölgədə, qabaqcıl pedaqoji fikrin yayılmasında maarifçi-ziyalıların mühim rolu olmuşdur. Onlar pedaqoji düşüncənin, ədəbi-mədəni mühitin mütərəqqi əsaslarla inkişafına çox böyük təsir göstərmişdir.

    Monoqrafiyanın sonuncu yarımfəsilində muxtariyyətin ilk illərində Naxçıvan bölgəsində təhsilin və pedaqoji fikrin vəziyyətinin də araşdırması çox təqdirə layiq haldır. Bildiyimiz kimi, 1918-1924-cü illərdə Azərbaycanın siyasi və mədəni həyatında həmişə mühüm rol oynayan qədim Naxçıvan diyarı özünün çox ziddiyyətli və mürəkkəb bir bir dövrünü yaşamışdır. Bu dövrdə müxtəlif adda və müxtəlif məzmuna malik tədris müəssisələri fəaliyyət göstərmişdir. Müəllif araşdırmalarında bu haqda yazırdı: “Bəhs olunan dövrdə məktəb təhsili üçün səciyyəvi xüsusiyyət kimi qabaqcıl pedaqoji ideyaların və mütərəqqi məzmuna malik milli tərbiyə ənənələrini özündə birləşdirən ana dili məktəblərinin meydana gəlməsi və inkişafı idi. Bu tədris ocaqları Azərbaycan dili, həmçinin ibtidai məktəbin digər fənləri üzrə dərslik və vəsaitlər hazırlamaq işində də əhəmiyyətli rol oynamışdır”.

    Monoqrafiyanın nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş nəticələrdən bəhs olunmuş və müddəalar şəklində ümumiləşdirilmişdir.

    Müəllif mövzunun öyrənilməsi, problemin dərindən tədqiq edilməsi zamanı məsələyə hərtərəfli və kompleks şəkildə yanaşmış, qarşısına qoyduğu məqsəd və vəzifələrin öhdəsindən layiqincə gələrək elmi əhəmiyyət daşıyan tədqiqat əsəri yazmışdır.

    Araşdırma zamanı istifadə olunmuş zəngin arxiv materialları və rus mənbələri monoqrafiyanın yüksək elmi səviyyədə yazılmasına səbəb olmuşdur.

    Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin elmi-nəzəri və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən “Naxçıvanda məktəb və pedaqoji fikir (XIX əsr və XX əsrin əvvəlləri)” adlı monoqrafiyası Azərbaycan təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfədir. Əsər hər bir vətəndaşın şəxsiyyət kimi inkişafına, mənəviyyatının və mənliyinin formalaşmasına xidmət edəcək, təkcə öz dövrü üçün deyil, gələcək nəsillər üçün də həmişə aktuallığını qoruyub saxlayacaq, hər bir müəllimin və şagirdin stolüstü kitabına çevriləcəkdir.

    Müəllif: TALEH XƏLİLOV

    pedaqogika üzrə fəlsəfə doktoru,

    Azərbaycan Respublikası Təhsil Şurasının üzvü

    USTAC.AZ

    WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

    Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
  • oktyabr 2019, Yazarlar.az

  • 31
Vətən.

Hüseynova Şümşəd

Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil.......

Nağıl № 136

Cəmilə Allahverdiyeva

Mart! Xoş gəldin!.. Heyf, qüssəli idim, Pişvazına çıxa, Gəlişinə Sevinə bilmədim. Yox, yox, Sən vaxtında gəlmisən... Məni soruşsan, Mən,- Mən insanlığa dair Nisgillərimi, Umu-küsülərimi, Arzumun......

Qarışqa Tələsi

Firuz Mustafa

Qarışqa Tələsi (İki hissəli dramatik komediya) Iştirakçılar: Xanış Amirə Boran Delfinə Birinci hissə Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec).......

Unudulmayacaq sənətkar xatirələri

Anar Ərtoğrul Burcəliyev

Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.......

Mədəniyyətimin beşiyi Gəncə

Anar Ərtoğrul Burcəliyev

Hələ Xıx əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular.......

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Firuz Mustafa

Maarifçilər də qiyamçıdır, amma... Ad günü də deyən var, doğum günü də... ... Bəli, mən fevral ayının 18-də doğulmuşam.......

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs...

Firuz Mustafa

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərin natamam siyahısı (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı......

Necə sevməyim səni?

Hüseynova Şümşəd

Sən Tanrının qulusan Canımdan bir parcasan Sevgi yalan bir oyun Düşünərdim bir zaman Sevgini sən öyrətdin ......

Qum Saatı

Firuz Mustafa

Detektiv “Teatr Bakı-2020 “Teatr Meydanı” Redaktor: H.Hüseynova Bədii tərtibatçı: A. Mustafayev Kitaba yazıçı nın detektiv......

“O dağlar bizi bağışlamayacaq. Əgər...”

Firuz Mustafa

Cavanşir Cahangirov haqq dünyasına qovuşdu 37 rəqəmi məni həmişə diksindirir... İndi Cavanşir Cahangirovun vəfatı xəbərini eşidib çox mütəəssir oldum və......