Tənhalıgın “rəngi” - Leyla Yaşar
Müəllif: YAZARLAR.AZ


12.12.2021


Tənhalıgın “rəngi”
Səhər tezdən ayılmışdı .
Gecəni də yaxşı yata bilməmişdi Durub çarpayısında oturdu.Əlləri əsə - əsə su töküb dərmanın birini götürüb agzına qoydu.Nə qədər etsə də bogazından keçmədi. Yenidən su töküb içdi.Birtəhər dərmanı bogazından keçirdə bildi.Az qalırdı ürəyi agzına gələ.
Deyəsən dərmanları bitmək üzrə idi. Yəqin kimsə qapını döyüb halını soruşacaq , xahiş edər dərmanlarını yaxınlıqdakı əczaxanadan alıb verər.
Nə etsin ? Tək yaşayır , həm də kimsəsiz. Qocalar evinə getmək istəmir , niyə orda kiməsə yük olsun axı ?
O da hər kəs kimi atalı - analı idi. Bacısı , qardaşı vardı. Müharibə , dəhşət saçan müharibə onu yetim qoydu.
Hadisələr yadına düşdükcə həm kövrəlir , həm də qəzəblənirdi. Lənətə gəlmiş müharibə birinci qardaşını aldı əlindən . Döyüşdə həlak olmuşdu . Bacısının əkiz tayı idi qardaşı. Bacı onun ölüm xəbərinə dözə bilmədi. Zəhər içib özünü öldürdü. Ata - anası bu böyük dərddən sonra çox yaşamadılar.
Atası ona cəbhəyə göndərdiyi məktubunda yazırdı;
- Oglum , qardaşının və bacının yoxlugu bizi yaşamaga qoymur. Bu fani dünyanın boşlugunu artıq dərk edirik. Anan da , mən də səni çox istəyirik. Özünü qoru, möhkəm ol!
Səni çox sevən atan və anan !
Məktubu hələ də saxlayırdı.
Bu məktub onun qol - qanadını qırmışdı.
Uzaq eldə ard - arda aldıgı xəbərlər onu sarsıtmışdı. Artıq kimsəsi olmadıgını dərk etmiş , özünü tənha sayırdı .
Müharibə bitdikdən sonra da vətənə dönmədi . Uzun illər Rusiyada qalıb , işləyib başını saxladı .
Elə orda tanış oldu Venerayla . Atası azərbaycanlı anası rus olan bu gözəl qız onu həyata bagladı.
Onun da atası ola - ola yetim yaşamaq adlı taleyi vardı . Anasının dediyinə görə Venera anadan olduqdan sonra atası Azərbaycana ata - anasına baş çəkməyə gəlmiş , bir daha geri dönməmişdi . Çox sonralar Venera atası haqqında öyrənə bilmişdi . Azərbaycana dönən kişi valideyinlərinə orda evli oldugunu demədiyindən , onu burada evləndiriblərmiş . Ailə qurandan sonra orda Veneranı da , anasını da unudan kişi öz həyatına davam edib , yaşayıbmış .
Venera atasının avtomabil qəzasında həlak oldugunu öyrənəndə uzun müddət özünə gəlməmişdi . İllərlə atasını axtaran qızcıgaz , bacı - qardaşını tapıb onlarla əlaqə yaratmaga çalışmışdı . Amma kimsə onu qəbul etməmişdi . Nə bibiləri , nə əmiləri ..
Çarəsiz qalan Venera atasının məzarına gedib , doyunca aglayıb geri dönmüşdü.
Həyat qəribədi , onunla tanış olanda Venera anasının taleyini yaşamaqdan qorxdugu üçün münasibətin uzatmagın mənasız oldugunu demişdi .
Amma zaman öz işini görürdü . Kazımın ona olan sevgisi , Veneranı şam kimi əridir , onu Kazıma daha baglayırdı .
Kazımla rəsmi ailə quran Venera , bir gün Kazımın vətənə getmək haqqında fikrini biləndə hönkürüb aglayır .
Düzdü Kazım onu qoyub getməyi düşünmürdü , amma Venera da anasını qoyub gəlmək istəmirdi .
Aralarında yaranan bu kiçik mübahisə get - gedə böyüyür , məcrasını aşırdı.
Sonda Kazım tək gəlməyi qərara aldı . Vətənə gələcəyinin qəti oldugunu Veneraya bildirəndə , Venera neçə gün özünə gələ bilmədi .
Nədən xatırladı bunları bu gün?
Ürəyi agrımaga başladı . Dərman içmək istədi . Əlini dərman qutusuna atanda yarıda saxladı , axı onun dərmanı qurtarıb ..
Yavaş - yavaş eyvana çıxdı . Təmiz hava üzünə dəydikcə sanki ürəyi bir az sakitləşdi . Stulu çəkib birtəhər əyləşdi .
- Yox , bu ürəklə zarafat etmək olmaz!. Bir az dincimi alım , təcili yardıma zəng vurum gəlsinlər .
Birdən xatırladı ;
- Venera ona bu günlərdə məktub göndərməlidi . Bəlkə elə bu gün göndərəcək? Göndərsə oxuyub bir az sakitləşər .
- Eh . Cavanlıq . Səhv dolu cavanlıq . Mən səni harda itirdim?
Venerayla sagollaşıb gələndən sonra geriyə dönə bilməmişdi .
Hardan biləydi axı , onu burda gözləyən həyatın böyük bir
“ hədiyyə” si var?
Vətənə dönəndə ilk işi ata - anasının , bacı - qardaşının məzarını ziyarət etmək oldu . Qohum qonşunun yıgışıb düzəltdirdiyi məzar daşları çökmüşdü .
Kazımın sag salamat olmagından kimsənin xəbəri yox idi . Ona görə də onun gəlişi toy - bayrama çevrildi . Adına qurban kəsən kim , qonaqlıq verən kim .
Veneranı bir müddət arxa plana tullamışdı . Hər həftə məktub yazan Veneraya cavab vermək belə aglına gəlmirdi .
Beləcə günlər birləşib ayları gətirirdi . İçkiyə qurşanan Kazım tək dam altında boş bir ömür sürürdü.
Yaxınları onu evləndirməyə çalışsa da heç cürə razılaşmayan Kazım bir müddət sonra nə etdiyinin fərqinə varmaga başladı.
İçkidən uzaqlaşıb özünə çəki düzən verdi . İradəsini topalayıb bir də içkiylə yoldaşlıq etməyəcəyinə özünə söz verdi .
Günlərin bir günü oturub Veneranın yazdıgı məktubları oxumaga başladı . Veneradan ayrıldıgı günlər topalanıb il olmuşdu . Kazım bunu hiss etməmişdi .
Venera əvvəlki məktublarında ümüdlə , sevgi dolu ürəklə onu gözlədiyini yazırdı . Get - gedə məktublarda Veneranın ondan incidiyi , hətta agladıgı özünü göstərirdi . Göz yaşları içində yazdıgı məktubların birində Kazımın onun atasıyla fərqi olmadıgını , anasının taleyini yaşadıgını yazırdı.
Kazım bu məktubun nə məna verdiyini araşdırmaga çalışdı.
Məktubu yenidən oxumaga başladı .
Venera yazırdı ;
- Əzizim Kazım , sənə yazdıgım məktublara niyə cavab vermədiyini dəfələrlə soruşmuşam . Yenə də cavab yazmırsan . Ümüd edirəm ki sag və salamatsan . Mən də səndən xəbər olsa yaxşı olaram . Göz yaşlarımı sənə göstərmək niyyətində deyiləm .Bilirsən mən atama oxşamışam qürurluyam! Anam mənə həmişə onun necə qürurlu biri oldugundan danışıb.
Kazım , mənə anamın taleyini yaşatdın . Nə vaxtsa bu məktubumu oxusan məni anlayacaqsan !
Kazım digər məktubları da birnəfəsə , təkrar - təkrar yenidən oxudu . Veneranın ona olan sevgisinə heyran qalmışdı .
Nə edəcəyini özü də bilmirdi . Özünü topalayıb Veneraya peşmançılıq məktubu yazmagı qərara aldı .
- Əzizim Venera , məni bagışla!
İmkan olan kimi gələcəm !
Məktubu aparıb yola salmaq üçün paltarını geyinib evdən çıxdı . Yagışlı hava vardı. Küçəni necə getdiyini hiss etmirdi . Fikri Veneranın yanında qalmışdı . Poçta çatıb məktubu yola saldı . Tələsik evə gəlib Veneradan gələn məktubları yenidən oxumaga başladı . Təkrar- Təkrar oxunan məktublar beynini dumanlandırmışdı .
- Görəsən Venera nə demək istəyirmiş ?
- Onunla anasının taleyini birləşdirən nə imiş ?
- İkisinin də xəyanət gördüyü insanın azərbaycanlı olması?
-Yoxsa yarıda qalan sevgi ?
-Və ya , uşaq söhbəti ?
Özü də bilmədən bu sualda ilişib qalırdı .
Ayrı yolu yox idi . Məktubuna verilən cavabı gözləməli idi.
Cavab çox gecikib onu intizarda qoymadı .
Paçtalyon məktubu gətirmişdi . Dərindən nəfəs alıb , ürəyi əsə - əsə məktubu açdı .
Venera yazırdı :
- Əzizim , Kazım . Mən artıq ailə qurmuşam . Məni narahat etmə . Qızını da uşaq evinə verdim. Hələlik bu qədər.
Kazım məktubu bir də oxudu . Başı hərləndi . Keçib stula özünü birtəhər yıxdı .
Özüylə danışmaga başladı;
- Venera erə gedib? Yox bu ola bilməz!
- Necə yəni ola bilməz ? Sən 1 ildi onu axtarmırsan.
- O məni unuda bilməz!
- Sən onu unutdun axı
- O məni dəli kimi sevirdi .
- Sən də onu dəli kimi sevirdin axı..
- Yox , inana bilmirəm !
- Nədən?
- O bunu edə bilməz !
- Edə bilər! O səni axtardı .
- Yenə də axtarmalı idi . Axı mən qızımız haqqında məlumatsız idim.
- Günahkar sənsən !
- Odu , odu , odu.
- Sənsən ! Kimsəni günahlandırma !
Başını iki əllərinin arasına alıb qulaqlarını tutdu . İkinci məni ilə danışmaq , dogruları qəbul etmək istəmirdi.
Həmən günü demək olar ki bu dünyada yox kimi hiss etdi özünü . Günlər keçdikcə yara dərinləşir , yeri su verirdi sanki .
Yenidən Veneraya məktub yazmagı qərara aldı . Bu minvalla dayanmadan həftədə iki dəfə məktub yazıb göndərdi . Cavabsız məktublar orduya çevrildi . 1 il məktublarına cavab gözlədi .
Bir gün gələn məktub onun dünyasını çökdürdü .
- Hörmətli vətəndaş , xahiş edirik bizi narahat etmiyin .
Kazım suallar içində tənha itib batmışdı .
Venerasını axtarmaga gücü qüvvəti də tükənmişdi .
Amma nədənsə ona elə gəlirdi ki bu məktublarda yanlışlıq var .
Beləcə illər ötür , saçına dən düşürdü . Tək - tənha ata ocagında həyatına davam edirdi .
Bir gün qapısını döyən paştalyonu görəndə sevindiyindən bilmədi nə etsin . Onu içəri dəvət edib məktubu aldı . Səbrsizlənib paçtalyonun yanındaca məktubu açdı . Yanılmamışdı , məktub Veneradan idi . Onu çox sevdiyini yazırdı . Çaş baş qalan Kazım nə edəcəyini bilmirdi .
Veneraya cavab yazsa da növbəti məktubda onun göndərdiyi suallara cavab yox idi .
İllərini beləcə məktublara xərcləyən Kazım , Veneranın sevgi dolu sözləri ilə həyatını yaşadı .
İllər keçdikcə Kazım ömürünü boşuna yelə verdiyini anlayırdı.
Maraqlısı o idi ki , Venera ona cavab yazmırdı . Nə adres , nə də qızı haqqında bir kəlmə belə söhbət açmırdı .
Tənhalıq özünü quzgun kimi çatdırmışdı .
Qocalıb əldən düşmüşdü. Əslində çox yaşlı deyildi . Sadəcə ruhu sanki o tərk edib getmişdi . Təklikdə bir tərəfdən onu çökdürmüşdü . Axır illər xəstəliklər də qonaq gəlmişdilər ona . Çaglrılmamış “ qonaqlar” artıq dogmalaşmışdılar onunla.
Bu gün də məktubun gəlmə vaxtı idi .
Özünü topalayıb saata baxdı . Az qalırdı , məktubu bir azdan yetişəcəkdi .
Durub mətbəxə keçdi . Gözləri ala - toran görürdü . Eyni fikirlər sanki onun beynini də qurutmuşdu .
Oturub düşünməyə başladı . Boşa verdiyi ömrünə heyfi gəldi .
Bu dəmdə qapı döyüldü . Cavan oglan gəlmişdi . İstədi məktubu qaytarsın , nə düşündüsə fikrindən vaz keçdi . Məktubu götürüb sagollaşdı . Birdən yadına düşdü ki dərman aldıracaqdı .
- Eh , keçdi deyib sınıq - sökük divanda əyləşdi .
Nədənsə məktubu könülsüz açdı bu dəfə . Özü - özünə təəccüb etdi .
Məktubda yazılanlar onu silkələdi :
- Salam , məktubu sizə uzaq eldən bir poçt işçisi yazır . Xahiş edirik birdə həmin ünvana məktub göndərməyin . O adresdə Venera adlı kimsə yoxdu . Ümumiyyətlə sizə göndərilən məktubları Venera göndərmir.
- Necə yanı?
Onu soyuq tər basdı :
- Bəs kim göndərir ? .- deyib ardını oxumaga başladı ;
Həmən qadın illər öncə Azərbaycana sizin dalinızca gedərkən avtomabil qəzası keçirərək xəstəxanaya düşüb . Günlərlə yazdıgı qalaq - qalaq məktubu bir tibb bacısına həvalə edib və sizə hər ayda göndərməyi xahiş edib .
Tibb bacısı o rəhmətə gedəndən sonra sizə onun ailə qurdugunu , qızınızın uşaq evinə verildiyini yalandan yazıb .
Sonradan Veneranın sizlə baglı məktublarını oxuduqca pis olub və onun məktublarını sizə göndərib . Bu illər ərzində Veneranı sizə görə yaşadıb .
Venera qəzaya düşəndə hamilə olub . Bəlkə də tibb bacısının yalanı burdan qaynaqlanıb . Mən bilmirəm . Sadəcə bu əhvalatı dünən mənə danışdı . Mən də qərara gəldim ki həqiqəti sizə çatdırım . Reallıg nə qədər acı olsa da qəbul ediləndi . Sagolun.
Məktub əlindən yerə düşdü . Həm onu “ öldürən” , həm
“ yaşadan” tibb bacısına söz tapıb deyə bilmədi .
Gözlərini bir anlıq yumdu .
Taleyinə yazılmış təhnalıgın
ag - qara “ rəngi” bir lent kimi uzanıb sonsuzluga getdi .

2 dəfə oxundu

Axtarış