Üşüyürəm
Müəllif: Ceyhun Fikrət


23.04.2021


Bu gün qar yağır Təbrizə,

üşüyürəm kədərin soyuqluğuna,

Bakının küləkli havası düşür yadıma,

baxıram xəbərlərə,

bir istilik tapacağıma ümüd edərək,

sızlayıram.

qəribçiliyimi fikirləşirəm,

kədərin sonluğuna gedərək,

həsrətlə xəbərləri izləyirəm,

eşidirəm,

bu gün Təbrizə yağan qar,

Bakıya külək gətirib,

sınıb yenə ağacların budaqları,

qəlbim kimi.

Təbrizdə yenə də qar yağır,

pəncərədən baxıram,

Bakıya gedən yollara.



Ceyhun Fikrət

27.11.2020 ci il

Təbriz şəhəri



yazarlar.az

http://yenivaxt.com

8 dəfə oxundu

Axtarış