"USTACAM" DEYƏN ZAUR USTAC - TELLİ SƏNƏM BORÇALI YAZIR
Müəllif: YAZARLAR.AZ


13.01.2021




VƏTƏNPƏRVƏRLİK DUYĞULARININ BƏDİİ OVQATI

(Şair Zaur Ustacın yaradıcılığı haqqında qeydlər)

Ulu sözün saf çeşməsindən su içənlər o insanlardır ki, onların alın yazısıdan ulu Yaradanın təbəssümü

boylanır. Zaur Ustac belə istedadlı söz adamdır.

İndi qürbətdə üşüyən,milli ruhumuzun qeyrət beşiklərindən sayılan Ağdam torpağında dünyaya göz açıb. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraq göstərib Zaur Ustac. Onun qələm təcrübələrinin tarixi xronikası indi püxtələşmiş qələm sahibi olmasından soraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının “sarı sim” də gəzişməsi vacib şərtlər sırasındadır. Bu mənada da Zaur Ustac öz yaradıcılıq yolunda bu önəmli şərtə diqqət yetirir,yəni könlünə yatan, onu həyacanlandıran mövzuları, hadisələri qəlbinin poetik işığında təqdim edir:

USTACAM

Müzəffər ordunun şanlı əsgəri,

Ərənlər yurdunun ər övladıyam!

Zalımın zülmünə təhəmmülüm yox,

Babəklər yurdunun hürr övladıyam!

* * *

Ustadım Nəsimi, sözümüz sözdü,

Ədalət, həqiqət bağrımda közdü,

Ziyadar dühası bir deyil, yüzdü,

Mövlalar yurdunun nur övladıyam!

* * *

Dərvişəm, müqqəddəs sayılır təkkəm,

Hülqumdan yuxarı dayanır öfkəm,

Od, ocaq diyarı tanınır ölkəm,

Alovlar yurdunun nar övladıyam!

* * *

Unutma, şah babam Xətai başdı,

Nadir şah, mətədə tərpənməz daşdı,

İlham, nə keçilməz sədləri aşdı,

İgidlər yurdunun nər övladıyam!

* * *

Tarixdə Nəbisi, Koroğlusu var,

Gen dünya yağıya daim olub dar,

Düşmən qarşımızda yenə oldu xar,

Aslanlar yurdunun şir övladıyam!

* * *

Göydən Yer üzünə ərmağan, payam,

Gündüzlər Günəşəm, gecələr Ayam,

Ən parlaq ulduzdan törəyən boyam,

Ozanlar yurdunun sirr övladıyam!

* * *

Ustacam, vətənim vətən içində,

Axıb duruluruq zaman köçündə,

Min bir anlamı var, adi “heç”in də,

Aqillər yurdunun pir övladıyam!

Zaur Ustacın şeirlərində millətə, yurda, vətənə, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun bədii nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Zaman, təbiət, insan amili onun bədii təkəfürün tərkib hissəsi kimi çıxış edir və hər bir poetik nümunəsi bu konteksdən səcviyyəvidir. İstedadlı şairin poetik məkfurəsi milli düşüncənin geniş üfüqlərini əhatə edir. Zaur Ustac poeziyasının əsas atributu vətənpərvərlik mövzusudur və bu fakt bədii-fəlsəfi dəyəri ilə onun yaradıcılığına önəm gətirib. Onun şeirlərinə bədii-ictimai mündərəcə baxımından oxucuda maraq oyadır.

Vətənimizin böyük ağrısı olan Qarabağ dərdini, doğma Ağdam həsrətini obrazlı poetik detallarla və səmimi duyğularla ifadə edir.

Zaur Ustacın şair kimi fərdi yaradıcılıq manerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur. Şairin müxtəlif mövzularda yazılan şeirlərini səmimiyyət, həyat hadisələrinə poetik baxış, xeyirxahlıq duyğularının təbliği, saf sevgi kimi amillər birləşdirir. Bütün bu məziyyətlər onun sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər, həm də sənətə həvəslə yiyələnməsinə zəmanət verir.

Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən vara bilməsi, gördüyü problemlərin səbəbini sənətkar kimi araşdırmasıdır. Milli-mənəvi dəyərlərimizə bağlılığı, milli özünüdərk mövzularına daha dərindən vaqif olması diqqətdən yayınmır.

Vətən sevgisi, yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir.

Zaurun şeirlərində insana inam və etibar motivi güclü olduğu üçün, bu məziyyət şeirlərinin bədii siqlətinə nikbin əhval-ruhiyyə, işıq və hərarət qatır.

Poetik yükündən, bədii mahiyyətindən asılı olmayaraq, Zaur Ustacın bütün şeirlərindən Vətən ətri gəlir, nəciblik, məhəbbət, halallıq qoxusu duyulur. Bu şeirlərdə insanın insanlar qarşısında, bəşəriyyət qarşısında insanlıq borcunun və ləyaqətinin vicdanla, ədalətlə, namusla icrası məsələsinə böyük yer verilir. Bu xüsusiyyətlər onun şeirlərinə ictimai dərinlik, geniş vüsət və məzmun bütövlüyü gətirir.

Zaur Ustaca Söz sənətinin çətin və şərəfli yollarında yeni uğurlar diləyirəm.






Müəllif: Telli Sənəm Borçalı

şair-publisist.



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN ŞEİRLƏRİ KİTABI – BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR

“USTAC.AZ” FƏRDİ İNKİŞAF və YARADICILIQ PORTALI

<<<<XİDMƏTLƏR>>>>

USTAC.AZ

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

30 İYUN 2019 -CU İLƏDƏK MÖVCUD OLAN YAZARLAR.AZ

4 dəfə oxundu
user profile image
YAZARLAR.AZ şərh etdi.
6 months ago

"USTACAM" DEYƏN ZAUR USTAC - TELLİ SƏNƏM BORÇALI YAZIR


Axtarış