AĞDAM
Müəllif: Zaur USTAC


04.01.2018


BİRİNCİ YAZI


Birinci yazının belə, məlumat xarakterli olmasının yeganə səbəbəi bu gün torpaqlarımızın işğal altında olmasıdır. Bu “Birinci yazı” adı altında sadəcə, “Əməyə məhəbbət” adlı ilk yazımın 24 May 1988 – ci il, Ağdamda nəşr olunan “Lenin yolu” (sonralar“Ağdam”) qəzetinin 62-ci (7194) sayında, 4-cü səhifəsində nəşr olunduğunu xatırlatmaqla kifayətlənir və həmin vaxtlar yeganə tribunamız olan bu orqanda işıq üzü görmüş bütün digər yazılarıma həsr edirəm. Yəni, çox da uzaq olmayan keçmişimizdə “quş iliyi – can dərmanı” tapılan bazarı, “Qarabağ” futbol klubu, “İmarət”-i, Ağdamın simvoluna çevrilmiş “Çay evi”- ilə yanaşı, çoxminli oxucu auditoriyasına malik “Ağdam”- adlı qəzeti də olan bir Ağdam var idi Yer üzündə… İndi ürəklərdə yaşayan Ağdam… Biz yaxşını da, pisi də bu tribunadan paylaşırdıq. Heç bir məhdudiyyət olmadan. Ağdam ziyalıları, alimləri, sənətkarları bütün dövrlərdə dünya ədəbiyyatına, mədəniyyətinə, incəsənətinə, elminə öz töhfələrini veriblər və müəyyən çətinliklər olmasına baxmayaraq, bu gün də ənənənə şərəflə davam etdirilir.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

14 dəfə oxundu

Axtarış