...
  • Vicdan Əzabı
  • Ceyhun Fikrət
  • Yenə bu gecə sanki xəyal girdabına batmışdım. Nə fikirləşdiyimi, nə qərarda olduğumu bilmirdim. Çünki fikirləşdikcə fikirlərim parçalanır, ağlıma qəribə fikirlər gəlirdi. Axır ki, qərara gəldim və qərarım bu idi ki, onunla danışıb məsləhətləşməliyəm. Lakin içimdə olan fikirlər, sanki onu görməyəcəyimi, xəstəxanaya getməyimin faydasız olduğunu deyirdi. Mən onun həyatda dostu, bəlkə də sirdaşı idim. Amma onun mənim üçün kim olması, həmişə mənə maraqlı idi. Çünki ilk dəfə onu görəndə, bu şəxs mənə çox tanış gəlmişdi. Biz onunla o qədər səmimi danışmışdıq ki, elə bilirdim O, mənim ən doğma adamımdır. Bu qədər əzab-əziyyət çəkməsinə baxmayaraq həmişə nikbin idi. Ağciyərləri neçə illər idi ki, xəstə idi. Amma O, bu halına gorə Allaha şükür edir və sağalıb, Yeganəsinin yanına qayıdacağı günü gözləyirdi. O, mənə sevgi tarixçəsini, keşməkeşli həyatını danışanda, mənə çox qəribə gələrdi ki, görəsən bu insan o qədər əziyyətə necə dözüb. Bir dəfə yaxşı yadımdadır, ona sual etdim ki, necə olub sənin kimi gözəl əxlaqlı adam zindana düşüb? O, həyatını danışmağa başladı. Dedi: Bir gün xanımımla küçədə idim, iki nəfər xanımıma söz atdı və mübahisə dava oldu. Heç bilmədim bıçaq hardan çıxdı və sonradan gördüm ki, bir nəfər yerə yıxılıb. Sonralar o adamın axırı necə oldu bilmədim, amma mən isə dəmir barmaqlıqlar arasında idim. Sonra isə zindan həyatı, həyatımı dəyişdı və cavan ömrüm bu hala düşdü deyərək üzümə baxdı. Hər dəfə suallar verib onun keçmişini soruşmağım məni ona daha yaxın etmişdir. Bu gün isə onun bütün həyatı barədə öyrənəcəkdim. Hətta yoldaşının və qızının ünvanın axtarıb tapmaq niyyətində idim. Bu fikirlərlə xəstəxananın həyətində dayanmışdım və xəstəxana pilləkənlərinə doğru addımlamaq istəyirdim, amma içimdəki həyəcan, təlaş qəlbimi yaman bürümüşdür. Xəstəxananın 5-ci mərtəbəsinə çıxıb bir-bir xəstəxana otaqlarını saymağa başladım və budur Onun otağıdır. Dayandım, sanki qəlbimin dərinliyində bir səs mənə, getmə artıq gecdir deyirdi. Lakin qapını döyüb gözlədim. Buyurun kəlməsindən sonra otağın qapısını açıb içəri daxil oldum. Tanımadığım dünyaya düsmüşdüm, nə deyəcəyimi sanki unutmuşdum. Özümü ələ alıb, məgər Elçin burda müalicə almırmı? dedim. Otaqdakılar mənim həyəcanımı gorüb buyurun əyləşin, indi gələr deyərək mənə yer göstərdilər. Bu sözdən sonra özümə gəldim, mənə göstərilən yerdə əyləşdim. O, artıq sağdı düşündüm. Otaqda olan xəstələrlə söhbət eləməyə başladım. Mənim kim olduğumu, Elçini hardan tanıdığımı soruşur, hərdən isə öz aralarında gözəl söhbətlər edirdilər. Xəstəxanadan gələn dərman qoxusu ilə bərabər, xəstələrin iztirablı baxışları dözülməz idi. Amma bəzən xəyal girdabına düşən fikirlərimi görən xəstələr, söhbətlərinə ara verərək mənim xəyal dünyamın qapısın açmaq istəmirdilər. Bir neçə saat keçməsinə baxmayaraq, hələ də ondan xəbər yox idi. Onun otaq yoldaşlarına nəzər salıb belə sual etdim. Bəs Elçin bu saata qədər harda qaldı ki gəlib çıxmadı? Otaqdakılardan biri diqqətlə üzümə baxıb dedi ki, qardas bağışla, sən elə vəziyyətdə içəri daxil oldun, elə pərişan idin ki, biz sənə doğru həqiqəti deyə bilmədik. O, gedib daha yoxdur deyərək, xəstə olan şəxs birdən hönkürdü. Yenə də heç nə başa düşə bilmədim, fikirləşdim ki, bəlkə onu dincəlmək üçün evə buraxıblar, amma oğlanın ağlamağı məni qəlbən sarsıtdı. İçimdəki şübhələr, hisslər yenə məni incitməyə başladı. Sanki kimsə mənə sən artıq gecikmisən, o qatar dünən gedib, sən isə sərnişin olaraq o qatara çata bilməmisən, aldığın bilet isə əlində qalıb deyirdi. Oğlana yenə sual etdim ki, yəni dediyiniz şəxs evə buraxılıb, düzmü başa düsdüm? O, isə cavabında xeyr, O artıq bu dünyada yoxdur. Hər şey aydın oldu. Sanki içimdə hər şey qırıldı və necə olub ki, Elçin ölüb deyə bildim. Oğlan isə dünən olan hadisəni danışmağa başlayaraq dedi: hər kəs bu hadisəyə mat qalıb, Elçin səhər burda olan insanlarla sağollaşıb, halallaşıb və deyib ki, mən artıq burdan gedirəm. Sonra xəstəxananın həyətinə düşüb, həyətdəki oturacaqlardan birinə oturub və xəstəxanaya baxıb, elə həmin yerdə gözlərini yumub. Həyətdəki şəxslər qışqırıblar ki, burda cavan oğlan ölür, kömək edin! Amma artıq O, ölmüşdür. Deməli dünən səhər deyərək içimdən hıçqırtı qopdu. Mən dünən gələcəkdim, hiss etmişdim ki, nə isə olub, təəsüflər olsun ki, gələ bilmədim. Lakin hisslərimə heç vaxt inanmırdım, demə hisslərim məni bura gəlməyə məcbur edirmiş. Otaqdakı şəxslər mənim halımı görüb təəsüflə dedilər: O, sizi arzulayırdı, nə isə deyəcəkdir sizə, amma bu baş tutmadı və bu müəmmalı ölüm onun cavan həyatına son qoydu. Artıq orda qala bilməzdim, onlarla sağollaşıb xəstəxananın pilləkanları ilə aşağı düsdüm və dünən Elçinin son dəfə əyləşdiyi yerə baxdım. Xəstəxananın həyətindən çıxıb, küçə boyu getməyə başladım. İndi beynimdə iki fikir dolaşırdı. Görəsən Elçin mənə ölümündən əvvəl nə deyəcəkdi və Onun Yeganəsi hal-hazırda hardadır?






  • avqust 2022, Ceyhun F.

  • 99
Yaxşı övlad kimdir?

Hüseynova Şümşəd

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

Qaranlığı Qovanlar (iki pərdəli dram)

Firuz Mustafa

Firuz Mustafa Qaranlığı Qovanlar (iki pərdəli dram) İştirak edirlər: Gülçin müəllimə Rüstəm baba İldırım Nurel Əzizə Zamin Nüşabə Proloq Uzaqdan tank gurultusu, mərmi və güllə......

Vətən.

Hüseynova Şümşəd

Bəli, biz bir gün vətənpərvər oluruq. Sadəcə bir gün faciələri xatırlayır və onu belə layiqincə yerinə yetirmirik. Bu sözlər, təbii ki, hər kəsə aid deyil.......

Nağıl № 136

Cəmilə Allahverdiyeva

Mart! Xoş gəldin!.. Heyf, qüssəli idim, Pişvazına çıxa, Gəlişinə Sevinə bilmədim. Yox, yox, Sən vaxtında gəlmisən... Məni soruşsan, Mən,- Mən insanlığa dair Nisgillərimi, Umu-küsülərimi, Arzumun......

Qarışqa Tələsi

Firuz Mustafa

Qarışqa Tələsi (İki hissəli dramatik komediya) Iştirakçılar: Xanış Amirə Boran Delfinə Birinci hissə Təbiətin mənzərəli guşəsi. Öndə rəqs meydançası. Arxada sanatoriya evciyi (kottec).......

Unudulmayacaq sənətkar xatirələri

Anar Ərtoğrul Burcəliyev

Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.......

Mədəniyyətimin beşiyi Gəncə

Anar Ərtoğrul Burcəliyev

Hələ Xıx əsrin sonlarında Gəncədə həvəskarlardan ibarət teatr truppası fəaliyyət göstərirdi. 1895-ci ildə yerli həvəskarlar Mirzə Fətəli Axundzadənin “Hacı Qara” pyesini tamaşaya qoymağa müvəffəq oldular.......

Köhnə yaşıma sözardı, yeni yaşıma sözönü

Firuz Mustafa

Maarifçilər də qiyamçıdır, amma... Ad günü də deyən var, doğum günü də... ... Bəli, mən fevral ayının 18-də doğulmuşam.......

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərinin natamam siyahıs...

Firuz Mustafa

Qısa bioqrafiya. Nəşr edilmiş və tamaşaya qoyulmuş əsərlərin natamam siyahısı (Firuz Qədimаlı оğlu Mustаfаyеv) nasir, dramaturq, filosof Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Həyatı......

Necə sevməyim səni?

Hüseynova Şümşəd

Sən Tanrının qulusan Canımdan bir parcasan Sevgi yalan bir oyun Düşünərdim bir zaman Sevgini sən öyrətdin ......