Xalqının taleyinə günəştək doğulmusan! - Cavanşir Atəşi
Müəllif: YAZARLAR.AZ


22.12.2021


Xalqının taleyinə günəştək doğulmusan!

Fəth etdiyin zirvədən uca zirvə yox daha,
İndi həmin zirvədən xalqın baxır sabaha!
Xalqın bütöv bir ordu, Sən Alı Baş Komandan!
Tarixdə ən möhtəşəm Zəfəri Sən çalmısan!
* * *
Sən ey Ölkə Rəhbəri, Sən ey Dövlət Başçımız,
Başımızda əbədi qalibiyyət tacımız!
Sən ey Odlar Yurduma Yeni Bir Tarix Yazan,
Sən ey əbədiyaşar, cahanşümul Qəhrəman!
* * *
Heydər dühası olub əsrə yol xəritəmiz,
Qəlbimizdə yaşayan ən əziz xatirəmiz!
Xalqının taleyinə günəştək doğulmusan,
Əzminlə sübut etdin, Ulu Öndər oğlusan!
* * *
…Şöhrətin sığan deyil bir şeirin çərçivəsinə,
Milyonlar qoşulacaq Atəşinin səsinə!
Sən bütün varlığınla Vətəninə bağlısan!
Güclüsən, çünki daim ədalətlə, haqqlasan!

Müəllif, Cavanşir Atəşi (Qocayev)
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış