YADİGAR TƏVƏKGÜL - SEVMƏYİ ÖYRƏDƏN KƏSİM
Müəllif: YAZARLAR.AZ


03.09.2021


Sevməyi öyrədən kəsim ,
Sevən darıxar demədin .
Mən yanında olmayanda ,
Qəlbin karıxar demədin .
* * *
Demədin sən məhəbbətin ,
Müsibət adlı üzü var .
Günəş kimi yanar odu ,
Qəlbinə düşən közü var .
* * *
Ay məni məndən edən kəs,
Dedin ki,sevgi nəfəsdir.
Nəfəsimi alıb getdin ,
Can yerim quru qəfəsdir.
* * *
Öyrətdin özünə yaman ,
Sevgi də qəm var demədin.
Baxışının alovunda ,
Bir az da nəm var demədin .
* * *
Ay qəlbimi köz edənim ,
Ətirlən, külək gətirsin .
Könlümə dolsun nəfəsin ,
Nolar həsrəti götürsün.
Müəllif, Yadigar Təvəkgül
YAZARLAR.AZ

2 dəfə oxundu

Axtarış