Yanlış adətin qurbanları.
Müəllif: Vüsalə Qələndərli


08.10.2017


Yanlış adətin qurbanları.
Müharibənin ağır günləri idi. Atəş səsləri, ana fəryadı, körpə ağlaşması, ah-naləsi qulaqları batırırdı. Hamı təşviş içində nə edəcəyini bilmirdi. Hamı kömək gözləyirdi. Onların içərisindən bir neçə könüllü dəstə yığışmışdı.
Fərid də bu dəstəyə qoşulanlardan idi. Körpəsini bağrına basaraq, sanki onunla vidalaşırmış kimi qoxlayır.
-Mənim balam, kaş belə günləri siz uşaqlar görməyəydiniz.Ətrafdan ölüm qoxusu gəlir. Bilmirəm bir də geri dönüb səni qucaqlaya biləcəmmi.Tanrı səni qorusun!
Fərid geri qayıtmaq istərkən körpəsi əlindən elə bərk yapışdı ki, sanki getməsini istəmir. Fərid oğlunu bir də qucaqladı, gözləri doldu.
-Yox oğlum, axı mən də döyüşməsəm, bu acgöz, qaniçən düşmənlərdən sizi kim qoruyar?
Muraddan birtəhər ayrılan Fərid qardaşı Səidlə də vidalaşdı.
-Səid məni uşaqlar gözləyir, biz düşmənlərə plan hazırlamışıq. İtkimiz onsuz da yaman çoxdur. Tələsməliyəm. Başıma nə gələcək bilmək olmaz. Ailəmizi qorumağa çalış.
-Fərid, mən də döyüşmək istəyirəm, niyə qorxaqlar kimi məni gizlətməyə çalışırsan. Sonra da vətənpərvərlikdən dəm vurursan? Vətənpərvərliyin elə budur? Qardaşını döyüşdən yayındırmaqdır? Bəs deyirdin vətən anamız qədər əzizdir, onu qorumaq borcumuzdur? Mənə niyə imkan vermirsən borcumu yerinə yetirim?
(Qardaşlar evdə mübahisə edir, çöldə isə ölüm-dirim mübarizəsi gedir. Fərid qardaşını sakitləşdirməyə çalışır.)
-Yox, Səid, sən hələ əlində silahı necə tutmaq lazım olduğunu dəqiq bilmirsən Necə döyüşəcəksən? Bəs səncə vətəni qorumaq borcumuzdur, anamızı qorumaq yox? Sənin əsgərlik yaşın çatmayıb, hərbi xidmətdə də olmamısan. Bir də ki, sən qorxaq deyilsən, ailəmizi qoruyacaqsan. Nə deyirəm onu da et. İndi vertolyotlar köməyə gələcək. Siz gedərsiz.
-Bəs sən?
-Qismətdə varsa mən də gələcəm.
Onların söhbətlərini eşidən Səkinə ananın ürəyi titrədi. Fəridi dayandırmağa çalışdı.
-Yox Fərid, yox mənim balam, sən heç yerə getməyəcəksən... Müharibə atanı əlimdən aldı. Hələ sən... Sol əlini döyüşdə itirdiyini nə tez unutdun?
-Mənim gözəl anam, özün də yaxşı bilirsən ki, mən sol əlimi itirəndə bir azərbaycan qızının namusunu qorumağa, bir körpənin diri-diri od vurulub yandırılmasının qarşısını almağa nail olmuşdum. Məgər bunlara görə bir əlimi itirməyə dəyməzdimi? Mənim sağ əlim ki yerindədir, bəlkə bu əlimlə də bir can xilas edə bildim, bəlkə dünyadan murdar məxluqların bir dənə də olsa sayını azalda bildim.
Ana, xahiş edirəm, ağlama, geri dönməsəm belə ağlama. Yalnız bacarsan ailəmə arxa ol, onları qoru. Oğlumun anası çox cavandır, uşaqdır hələ, onu tək-tənha buraxma, ona dayaq ol.
Səkinə ana yaxşı bilirdi ki, oğlu fikrindən dönməyəcək.
-Get oğlum, sağ-salamat evinə, ailənə qayıdacaqsan inşallah.
Elə bu vaxt qismən silanmış yoldaşları Fəridi səslədilər.
Fərid qapıdan çıxanda Nazlıyla vidalaşa bilmədi, onu o qədər sevirdi ki, ayrılarkən gözlərindəki yaşı görmək istəmirdi.
Bəli, döyüşün qızğın vaxtlarında Fərid yoldaşlarını tək qoymadı. (Elə bu vaxt kömək üçün vertolyotlar gəldi. Canını bu vəhşilərdən qurtara bilənlər vertolyotlara minərək, doğma yerlərini tərk etməyə məcbur oldular. Səid də ailəsini vertolyota mindirdi. Sonra geri dönüb qardaşının yanına getmək, döyüşmək istədi. Əli silahız və döyüş səriştəsinin olmadığından elə ilk cəhdi boşa çıxdı, ayağından ağır yaralandı. Onu birtəhər vertolyota mindirdilər.)
Vəziyyət get-gedə pisləşirdi. Fəridlə dostları güllələri qurtarana qədər igidliklə döyüşdülər. Lakin düşmən çox, onlar isə az idi Rayon işğal edildi. Ölənlərin, itkin düşənlərin sayı-hesabı yox idi.
...
Aylar ötdü, illər bir-birini əvəz etdi, .Fəriddən heç bir xəbər gəlmədi. (Ailə şəhərdə məskunlaşmışdı.) Nazlı gözləri yaşlı, ürəyi isə hələ də Fəridin bir gün qayıdacağı ümidiylə çırpınırdı.
Səkinə ananın qara saçlarına dən düşdü.Daha ağlamaqdan gözlərinin yaşı da qurumuşdu.
Səid gözləri yollarda, qulağı səsdə qaldı. Qardaşının nə ölüsünü, nə də dirisini tapa bilməməkləri ona çox ağır gəlirdi. Aradan 50 ilə bərabər 5il keçmişdi. İndi Muradın 5 yaşı, Səidin isə 22 yaşı vardı. Murad böyüyür, böyüdükcə sualları da, arzuları da, dərdləri də böyüyürdü. “-Niyə hamınız bu qədər dərdlisiniz? Niyə anamın göz yaşları qurumur?”- deyə yorulmadan suallar verirdi.
Ötən illər bu yaranı qaysaq bağlatmışdı, Nazlıdan savayı hamı onun öldüyünü qəbul etməli oldu. Səidə anaya nə qədər çətin də olsa özünü Fəridin ölümünə inandırmağa vadar etdi. “Oğlumun birini itirdim, heç olmasa Səidin gələcəyini məhv etməyim”-deyə düşünməyə başlayan ana onu evləndirmək qərarına gəlir. Amma Nazlının dul qalmasını, Muradın da atasız böyüməsini istəmirdi.
...
Səkinə böyük bir səhvə yol verdi. Bu xoşagəlməz adəti öz ailəsində tətbiq etməyi planlaşdırdı. Əslində səkinə ana çox yaxşı insan idi, gəlini üçün əvəzedilməz qaynana olmuşdu. Bu yanlış adəti də Nazlını düşündüyü, onun gələcəi üçün narahat olduğundan təkrarlayırdı. O, əvvəlcə Səidin yanına gedib məqsədini açmağa çalışdı:
-Yazıq nazlı, nə qədər əzab çəkir. Onun yaşında olanların əksəriyyəti hələ də ailə qurmayıb. Ama o... bu gün birtəhər dolansa da sabah nələr gözləyir bilmirəm. Kimi-kimsəsi də yoxdur.
-Ana biz ki varıq, nə olub Nazlının xətrinə dəyən olub?
-Yox oğul, hələki olmayıb, ola da bilməz çünki biz varıq, amma sabah olub-olmayacağını bilmirik. Onu qorumağa, Murada ata məhəbbəti verməyə başlarının üstündə mütləq bir kişi olmalıdır.
-Nə deyirsən, onu evləndirmək fikrin var?
-Hə...
-Ana... Bunu Nazlı istəyir...?
-Yox yazığın xəbər də yoxdu. Mən belə qərara gəlmişəm.
-Yaxşı, öz gəlinini əllərinlə kimə ərə vermək istəyirsən?
Bu sualın ağırlığı oğlunu itirmiş bir ana üçün çox da asan deyildi, amma o güclü qadındı, bu sualın cavabını da verəcəkdi birtəhər
-Sənə! Səid sənin də evlənmək vaxtın keçir. Murad da onsuz səni indiyə kimi ata deyə çağırıb. Qoy bu həmişə belə olsun. O yazıq uşaq ata sevgisini səndən başqa kimdə tapa biləcək ki?
-Ana, sən nə danışırsan?Mən Nazlını indiyə kimi bacı gözündə görmüşəm. Aramızda bu cür münasibət necə ola bilər...
-Səid, bir az fikirləş. Mən də bu gün, sabah ölüb gedəcəm. Onda bu yazıqların halı necə olcaq. Şəhər yerində dul adıyla gəzmək çox pisdir. Atdığı hər addımı izləyəcəklər. Adına söz çıxarmaqdan ötrü kiçik bir səhvini dastan edəcəklər. Çox qorxuram, oğul, bizim üçün gəlin namusdur. Onu pis yola sürükləyərlər, gəncdir, gözəldir, bu yaşda necə iş tapar, balasını böyüdər? Elə bilirsən hamı yaxşı adamdır? Əvvəlcə özlərini yaxşı insan kimi qələmə verən, sonra əclaflıq edənlər elə bilirsən azdır? Ona görə deyirəm ki, Nazlıya sahib çıx. Onu ömür boyu qoru.
-Ana mən onu həmişə qorumağa hazıram. Buna görə mütləq bu iyrənc oyunumu oynamalıyıq ki?...
-Yox bala. Sən başqasıyla ailə qursan başın öz problemlərinə elə qarışacaq ki, Nazlı yadına da düşməyəcək. Sənə nə deyirəm elə də edəcəksən! Başa düşdün? Sən nə vaxtdan mənim dediyimə qarşı çıxmağa başlamısan?
Səid dərin fikrə getdi. O, həmişə anasının sözünə qulaq asıb. Heç vaxt bir sözünü iki etməyib. İndi çox tərəddüd edirdi.
Nazlı həyətdəki ağacın altında oturub Fəridlə keçmiş günlərini xatırlayırdı. Üzündə qəribə gülüş vardı. Gözlərindən axan yaş gilələri yanağından axaraq əlindəki şəkli islatmışdı. “O günlərim bir də qayıtmayacaqmı? Yəni mən bu həyatı ölü olaraq yaşayacam?”-deyə öz-özünə danışırdı. Elə bu vaxt Səkinə ana onu çağırdı. Nazlı o qədər fikirli idi ki, səsi eşitmədi. Səkinə ana ona yaxınlaşanda oğlunun şəklini Nazlının əlində göz yaşlarından necə islandığını gördü. İndi onun üçün Nazlı ilə danışmağa uyğun vaxt olmadığını anlayaraq söhbətlərini sonraya saxlamaq qərarına gəldi.
-Nazlı. Qızım, soyuq olacaq sənə, dur evə get. Niyə burada qalmısan? Dur, dur evə gedək.
-Ana mən dözə bilmirəm.
-Bilirəm mənim qismətsiz gəlinim, Fəridin geri dönəcəyinə hələ də inanırsan. Nə olar qızım, məni də başa düş, mən də əzab çəkirəm. Amma geri dönməyən tək Fərid deyil. Onun kimi nə qədər oğul-qızlarımız itgin düşdü, şəhid oldu.
Beləcə bir neçə gün də keçdi. Nəhayət, səkinə ana Nazlının əhvalının xoş olan vaxtından istifadə edərək, ürəyində saxladığı sözü dedi:
-Bax qızım, nə qədər çətin də olsa bir qərara gəlmişəm, əgər indiyə kimi mənə bir az da hörmətin olubsa onda deyəcəyimə əməl et.
“-Nəyə anacan? Sənin əmrin mənə qanundur.”-deyərək gülümsədi.
Səidi deyirəm, yaşı keçir, evləndirmək lazımdır. Toy-düyün eləyəcək həvəsimiz yoxdur. Heç özü də maraqlı deyil.
-Hə, təzə gəlin kim olacaq, maraqlıdır.
-Səidin arvadı sən olacaqsan. Nə qədər acı da olsa, belə olacaq.
Nazlı çaşqınlıq içində bərəlmiş gözlərini Səkinə ananın üzünə zilləyir. Sual dolu baxışlarla ona baxır, amma heç bir sual verə bilmir.. Səkinə ananın təkidlərindən diksinən Nazlı dili topuq vura-vura deyir:
-Sən nə danışırsan ana? Heç elə şey olar? Deyəsən Fəridin yoxluğu sənə düşündüyümdən də pis təsir edib.
-Nədir, mənim dəli olduğumu düşünürsən eləmi? Kaş ki elə olaydım. Onda heç kimin dərdini çəkməzdim. Yox qızım, mən yüz ölçüb, bir biçmişəm. Bu qərarı da asan verməmişəm. Sən hələ gəncsən. Kimin-kimsən də yoxdur. İndi Səidi başqa birisiylə evləndirsəm, sabah səninlə maraqlanmağa vaxtı olmayacaq. Mən də ki, qızım, görürsən əldən düşmüşəm. Bu gün, sabah ölüb gedəcəm. Onda sənin axırın necə olacaq? Balana kim baxacaq. Özünü fikirləşmirsənsə oğlunu fikirləş.
-Ana... axı... Səid mənə qardaş kimidir... Axı camaat bizə nə deyər?
-Ay qızım, məgər bizim kənddə birinci dəfədir ki belə şey olub? Qonşumuz Rəna, Vəfa, Mayisə də ərləri müharibədən qayıtmadığı üçün öz qayınları ilə ailə qurmadılarmı? Bir də ki sən camaatın nə deyəcəyini düşünmə, güya bundan sonra Fəridə sadiq qalıb heç vaxt evlənməsən bu adamlar səni rahat buraxacaqlar? Ay töbə! Hər atdığın addımda bir səhv axtaracaqlar. Adına söz çıxartmağa həmişə səbəb tapacaqlar. Sən məni eşit. Nə deyirəm ona da qulaq as.
Səkinə ana danışır, Nazlı isə özünə ölüm arzulayaraq üzünü yaylığı ilə örtüb için-için ağlayır, özünü öldürmək istəsə oğlunu düşünür, yaşamaq istəsə bacarmır.
-Hə, nə deyirsən, mənim xatirimə, oğlunun xatirinə razı ol bala
-Həyatdan küsmüş birindən nə razılıq gözləyirsən ki, ana, bundan sonra yaşama səbəbim oğlumdu, onun üçün ölümə desən gedərəm.
-Sağ ol qızım, məni inanıram ki düzgün başa düşəcəksən.
Hissiyatını itirmiş bir ana kimi içində gəlinini qorumaq istəyindən savayı bir dərdi qalmamışdı.
Beləliklə, Səkinə ana xəyalına gətirmədiyi bir oyuna rejissorluq elədi.Səidlə Nazlı bir evdə əvvəlki münasibətdə yalançı ailə rolunu oynadılar, təki Murad atasızlığını hiss etməsin deyə. Axı atalı uşaqlar daha güclü hiss edirlər. Nazlının yalançı gülüşləri oğlu Muradı aldada bilmişdi.
...
Günəşli bir yaz havası Nazlının həyatı kimi dəyişkən hava... Ailəlikcə ağacın kölgəsində oturub qayğıdan uzaqlaşmaq üçün bir az deyib gülmək istədilər. Murad bir az da böyümüş, sevimli topuyla oynayır, atası bildiyi əmisinin qucağına qaçırdı tez-tez. yenicə dünyaya gələn bacısını da öpməkdən doymurdu.
Ata, gəl mənimlə oynayaq dedi, Səid də dəymədi, oynadı. Səidin topa vurduğu qol bir az bərk oldu, top onlardan xeyli aralı getdi. Murad ata niyə uzağa atırsan deyə təzəcə qaçırdı ki topu gətirsin, onu başqa bir əminin əlində gördü...
İllərlə əsirlikdə qalan, bir gün ailəsinə, oğluna qovuşacağı ümidilə özündə güc tapıb canını qurtara bilən doğma atasının -Fəridin. bayaqkı hay küy dumanlı yaz havasına bənzədi, hər kəs öz ürəyində bismisllah, mən yuxumu görürəm dedi, amma yuxu deyildi, Muradın "topumu ver əmi, mən atmadım bax atam atdı, nə olar ver, yoxsa bacım da ağlayacaq ver"... deməsi qurbağa gölünə daş atmış kimi oldu. Hamı bir ağızdan Fərid.. Fəriddir bu-dedi.Fərid onları geri itələdi...
Uşaqları evə aparın... sizə deyirəm uşaqları aparın evə... Nazlı nə olacaqları təxmin etmişdi, uşaqları içəri aparıb qapını bağladı, nə deyəcəyini bilmədiyi halda Fəridi sakitləşdirməyə qayıtdı...
Bu vaxt Fəridin hayqırtısından qulaqları tutuldu.
Niyə hə, niyəəə!!! Beləmi sahib çıxdız ailəmə!!... Niyə, mən ailəmə qovuşacam deyə nələrə dözdüm, bəs siz???
Bir kəlmə də danışmayın, bilirəm, yenə o kəndin iyrənc .. adətləridir eləmi... ər öldüsə arvadını dul qalmasın deyə qardaşına almısan hə, ana... Sən ki bilirdin qardaş, mən bu adətə nifrət eləmişəm..
Kimin deməyə sözü ola bilərdi axı... O kənddən yeganə insan idi ki, əsirlikdən sağ qayıdıb baş verən iyrənc oyunun bu cür şahidi olmuşdu...
Cibindən çıxardığı silahını alnına sıxıb ölməmişdim, amma siz öldürdüz deyərək yenicə yoxluğuna çətin alışan ailəsinin gözləri qarşısında can verdi

Yıxılmış dünyaları bir də yıxıldı, bu dəfə suçlu özləriydi deyə daha betər yıxıldı..
Ananın o gündən yaddaşı itdi, amma bircə kəlmə dilindən düşmədi "Lənətə gəlsin belə adəti..."


6 dəfə oxundu

Axtarış