YEL - ZAUR USTAC
Müəllif: YAZARLAR.AZ


11.11.2021


YEL
Kim üçünsə mələkdi,
Kim üçünsə fələkdi,
Nə mələkdi, nə fələk...
Küləkdi bu, küləkdi!
* * *
Arada küsər belə,
Hirs ilə əsər belə,
Ümidi kəsər belə,
Ələkdi bu, ələkdi!
* * *
Yenə əsdi, ələdi,
Acı fikrə bələdi,
Toxu dilək dilədi,
Diləkdi, bu diləkdi!
11.11.2021-Bakı.
Müəllif: Zaur Ustac
USTAC.AZ və BİTİK.AZ

4 dəfə oxundu

Axtarış