Zaur Ustac
Müəllif: زائـــور اوستاج


03.01.2022


Zaur Mustafa oğlu Mustafayev (8 yanvar 1975, Bakı) — şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019-cu ildən).

HƏYATI
Zaur Ustac 1975-ci il yanvarın 8-də Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir.

Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir.

Zaur Ustac "Yazarlar" jurnalının təsisçisi və baş redaktorudur. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qızıl qələm mükafatı laureatıdır.

YARADICILIĞI
Zaur Ustac yaradıcılığında nəzm və nəsr nümunələrinin payı bərabər bölünmüşdür. Yazar bədii əsərlərin, əlavə dərs vəsaitlərinin, vacib mövzularda publisistik yazıların müəllifidir. O həmçinin müxtəlif vaxtlarda nəşr olunmuş toplu və almanaxlarda, eyni zamanda ayrı-ayrı qrumların tərtib etdiyi metodik vəsaitlərdə yer almışdır.

ƏSƏRLƏRİ
Kitabları
”Günaydın “(“Ağçiçəyim”)
"Mum kimi yumşalanda"
”Məhdud həyatın məchul düşüncələri”
”İstəməzdim şair olum hələ mən”
”Gülzar”
”Oriyentir Ulduzu”
”Şehçiçəyim”
"Gülünün şeirləri"
”Balçiçəyim”
”Bayatılar”
”Bərzəxdə”
”Sevin ki, seviləsiz”
"Qəlbimin açıqcası"
"93-ün yayı və ya bir qaşıq qatıq"
"2016"
"Nişangah"
"Ustadnamə"
"Usubcan əfsanəsi"
"Çəhrayı kitab"
"Otuz ildir əldə qələm "
"Əliş və Anna"
"Qələmdar"
"Yaradanla baş-başa"
"Zimistan"
"45" (şeirlər)
"Ülyahəzrət"
"Qədimliyə bürünmüş yenilik"
"Gülüzənin şeirləri"
"Uşaq boğçası"

Tərcümələri
Stiven Reblinin "Mavi Ay Vadisi" (Stephen Rabley "Blue Moon Valley")
Stiven Rebli."Troya Daşı" (Stephen Rabley “The Troy Stone”)

Tədris vəsaitləri
"Güllünün şeirləri" Məktəbəhazırlıq qrupları üçün vəsait.
"39 Həftə" (İngilis dili üçün xüsusi proqram) "39 Weeks" (Special program for English)
"Uşaq boğçası" Məktəbəhazırlıq qrupları və I siniflər üçün vəsait.

MƏQALƏLƏRİ
Zaur Ustac "Dağlar" haqqında
Su — dünyaya açılan bir pəncərədir
"Hərb mövzulu yazılar" I və II
Nəzmi şah və ya Kəmaləddin Qədim
və digər.

LAYİHƏLƏRİ
"Dağlar - 200" (Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə).
"Mübariz - 31" (Milli Qəhrəman Mübariz İbrahimovun 31 yaşı münasibəti ilə)
"Kərəmli - 700" (Şamaxılı memar Əliş Kərəmlinin anadan olmasının 700 illik yubileyi münasibəti ilə)

MÜKAFATLARI
Qızıl qələm mükafatı
İlin Vətənpərvər Şairi

ƏDƏBİYYAT
Aida Hacıxanım "Məqam"
Aida Hacıxanım "Ömrün anları"
Aida Hacıxanım "Otuz şeir, otuz fikir"
Gülü "Zaur Ustac"
Qələndər Xaçınçaylı "Taclı şair"
Azərbaycan Respublikası Təhsil Nazirliyi "Məktəbə hazırlaşırıq" I hissə və II hissə
Kamal Camalov "Əliş və Anna haqqında"
Ayətxan Ziyad "Zaur Ustacın uşaq dünyası"

2 dəfə oxundu

Axtarış