Zəfər çaldı Azərbaycan - Emin Bayramlı
Müəllif: YAZARLAR.AZ


03.11.2021


Zəfər çaldı Azərbaycan

30 ilə yaxın torpaqlarımız işğal altında olmasına baxmayaraq biz hər zaman ümüd edirdik ki bizim torpaqlarımız işğaldan azad olunacaq. Ali baş komandanın göstərdiyi yüksək diqqət və güclü siyasət nəticəsində güclü ordumuz olmağı nəticəsində 30 il həsrətində olduğumuz torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu.Bu bizim hər birimizi çox sevindirdi.27 sentyabr döyüşlər başladığı gündən efir vasitəsilə ölkə başçısının hər gün öz xalqına, millətinə sevinərək şad xəbər deməsi bizim qələbəyə daha da yaxın olmağımızdan və torpaqlarımızın işğaldan azad olunmasından xəbər verirdi.Nəhayət gözlədiyimiz həmən an gəlib çatdı.Bir daha ölkə başçısının sevinərək öz xalqına millətinə "Qarabağ sən azadsan Qarabağ Azərbaycandır" deməsi 08 11 2021 ci ildə tarix yazan xilaskarımız Ali baş komandanın sevindirici xəbəri oldu.Artıq biz qalib ölkənin qalib millətiyik.Qeyd edim ki hər bir döyüşdə olduğu kimi bizim Qarabağ döyüşlərində də şəhidlərimiz oldu.Ölkəmizdə bir çox şəhidlərimiz, qazilərmiz, qəhrəmanlarmız oldu.Mən atamla birgə bir çox şəhid ailələrini ziyarət etdik. Mən şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim şeirlərimi çərçivəyə alıb şəhid ailələrinə təqdim edirdim və özlüyümdə bunu etdiyimə görə çox sevinirdim. Bizlər üçün canından qanından kecən şəhidlərimizin əziz xatirəsini hər zaman yad edirəm . Mənim bu işlərimdən xəbərdar olan Esmira xanım mənə söz verdi ki sənin şəhidlərimizə yazdığın şerləri unutmadıq şəhidim kitablarında yer verəcəm.Şəhidlərimiz haqqında bir çox kitablarda,qazetlərdə, jurnallarda və saytlarda şeirlərim məqalələrim dərc olundu.Biz Esmira xanım ilə birlikdə bir çox şəhid ailələrini ziyarət etdik.Hər zaman olduğu kimi dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunan şəhid ailələri deputatımız Fəzail Ağamalı tərəfindən də diqqət mərkəzində saxlanılır. rayonumuzda şəhidlərimizin əziz xatirəsinə bulaqlar tikilir və tədbirlər keçirilir. Deputat Fəzail Ağamalının köməkçisi Xidmət müəllimlə birlikdə bir çox şəhid bulaqlarının açılışında iştirak etmişik və şəhidlərimizin əziz xatirəsinə həsr etdiyim şeirimi səsləndirmişəm. Biz birlikdə bir çox şəhid ailələrinidə ziyarət etmişik. Hər bir şəhid anasının övladı haqda danışdığı sözlər mənim yaddaşımda əbədi olaraq qalacaq.Şəhidlərimiz bizim hər birimizin xatirəsində yaşayır və yaşayacaqdır.Allah bütün şəhidlərimizə rəhmət etsin məkanları cənnət olsun.


Tarix yazan şəhidlər

İyirmi yeddisi gecə
Getdiniz döyüşlərə
Gedəndə mərd qürurlu
Düşmənə vurduz zərbə
* * *
44 gün dayanmadan
Ön cəbhədə vuruşduz
Şəhidliyə ucalıb,
Yeni bir tarix olduz.
* * *
Azərbaycan torpağı
Heç bir zaman bölünməz.
Şəhid olan oğullar
Ürəklərdən silinməz.



Zəfər çaldı Azərbaycan

30 illik həsrətə
Son qoydu 44 günə.
Ali baş komandanın
Güvənirik əmrinə.
* * *
Azərbaycanlıyıq biz,
Silinməzdir izimiz.
Bizim güvən yerimiz,
Qalib gələn ölkəmiz.
* * *
Azaddır Qarabağım,
Dalğalanır bayrağım.
Fəxr edirik onunla
Müqəddəsdir torpağım.

Müəllif:Emin Bayramlı
YAZARLAR.AZ və BİTİK.AZ

20 dəfə oxundu

Axtarış