Zəhraya (Anasının dilindən) Sərbəst şeir
Müəllif: Vüsalə Qələndərli


08.10.2017


Körpə qızım, sən ananın qollarında böyüyərək, xoşbəxtlikçün doğulmuşdun.
Bu qollarla yola saldım məzarlığa,
boğulmuşdum...
Ağlamaq da bacarmadım, düşmən sevinməsin deyə,
Bu gün olub hamı Zəhra, sən yanımda yoxsan deyə...
Mən nə deyim bu qismətə, bu taleyə...
Ədalətmi, 2 yaşlı bir körpənin qan içində rəsimləri ürəyimin xəncəridir,
düşmənimin ölmüş vicdan əsəridir....
Ədalətmi, gülüş dolu, həyat dolu körpəmizin torpaq altdan səs salması,
hayqırması bu dünyaya,
"Ədaləti bərqərar et, ey su alıb susan birlik adlı "böyük" dünya..
Sən balaca Zəhradan da balacasan birlik adlı KİÇİK dünya"...
Ədalətmi 2 yaşlı gözəl bala, anasından ayrılaraq dəfn oluna...
Rəsmin məni yaşadıqca öldürəcək,
sən ananı gülüşünlə yaşadardın, yaşamırıq sanki sənsiz, partlayacaq sanki bağrım, ay günəşim
sabahlarım bir başqa cür açılardı, sevinc dolu baxışınla
mən özüm də uşaq kimi sevinərdim, axı haradan biləydim, son sözlərin elə ilkmiş...
Axı hardan biləydim ki, mən Zəhramçün ölməkdənsə, Zəhra bizimçün ölərmiş,
Qaranlıqdan qorxan quzum, qorxmazsanmı dar qaranllıq məzarında,
qorxma nənən baş ucunda,
mən laylanı dərdli qəlbimdə çalarkən,
orda nənən çalar sənə...
Ac qalmağa dözümsüzdün, bəs acanda nə edərsən...
qış soyuqda üşüyəndə əllərini ovucumda isidərsən
qorxma qızım qəlbim çətin dözə ayrılığa, bir gün mütləq qovuşacam
Səni dünya, səni zaman, səni hər kəs xatırlayıb hey anacaq,
Amma bizim evdə gəzən, gülən Zəhra olmayacaq...
bir də mənə sarılaraq qucağıma çıxmayacaq..
Böyümədin.. arzuların nə olduğun bilmədən sən, arzuların özü oldun..
Səni arzu etsəm də mən, ürəyimdə qaysaq bağlar bundan sonra..
Kor qalmasın barı dünya...
Sənin üçün qoy oyansın haqq ədalət BÖYÜK ZƏHRA....

Vüsalə Qələndərli


17 dəfə oxundu

Axtarış