...
  • Gözlənilməz qərar
  • Ceylan Mumoğlu
  • Hər şey ani baş vermişdi, oğlan niyə o qıza könüllü kömək təklif etdiyini özü də anlaya bilmirdi. "Mən ki ağılla, məntiqlə hərəkət edən, davranan adam idim, noldu mənə bu yerdə sarsaqladım? İndi gəl, cəzandır çək!"
    Təsadüfən xəstəxanada qarşılaşmışdılar. Sevdiyi yaxınını itirdiyi üçün heç cürə dinclik tapa bilməyən gözləri nəmli bu qızı ovundurmaq, yardım etmək istəyi keçmişdi daxilindən. Bununla insani duyğularına sadiq qalaraq qızcığazın kədərini az da olsa yumşaltmağa, yüngülləşdirməyə çalışmışdı. Daha yeni tanış olduğu birindən xüsusi şəfqət görən "yaralı" qız da deyəsən ona yavaş-yavaş bənd olmağa başlamışdı. Oğlan bunu hiss etsə də, yaranacaq gələcək təhlükələri gözə alaraq kömək etməkdən vaz keçməmişdi. İnsani borcunu yerinə yetirərək qıza dəstək olmuş, həyatına davam etməsinə cəsarətləndirmiş, zaman-zaman göz yaşları ilə birlikdə ruhunu acıdan xatirələrini dinləmiş, rahatlamasına səbəb olmuşdu. Göstərdiyi empatiyadan dolayı özü də xoşnud qalmış, etdikləri ilə əlaqəli özünü qəhrəman kimi də hiss etmişdi. Ancaq münasibətlərin kəsilməməsi və uzun müddət bir-biriləri ilə görüşmələri aralarında bir bağlılıq yaratmışdı. Oğlan özü də qızı sevməyə başlamışdı. Onu fərqli biri kimi qəbul etmişdi. Qıza da belə münasibət yaşadığı itkidən sonra bir məlhəm kimi gəlmişdi. Bütün bunların gələcəkdə bir problem olacağı fikri də oğlanı rahat buraxmırdı. Hələ özünü danlamışdı da: "Lənət olsun, daxilimdəki qadın göz yaşına qarşı olan zəifliyimə! Elə bil, qadınlara anadangəlmə verilib bu səssiz "silah", zalım qızları, düz ürəkdən nişan alırlar!"
    Hər şey əla gedirdi, lap elə qaydasında. Oğlanla qızın görüşləri artmışdı. Bir-birilərini görmədikdə darıxırdılar. Münasibətlərinin parlaq, sehrlənmiş mərhələsini yaşayırdılar. Ta ki...
    Ta ki bütün bu olanlardan oğlanın əsl sözlüsünün xəbər tutduğu ana qədər. Pah, əsas müsibət də elə onda başladı. Üçünün də ağ günlərini qara günlər olduqca tez əvəz etdi. Oğlan nə qədər and-aman edib özünün əsl niyyətini izah etməyə çalışsa da, nə sözlüsü, nə də yeni sevgilisi sakitləşmək istəmirdilər. Üstəlik qızların da haqlı üsyanları başladı. Yeni sevgili şok təsirindən hələ səsini qaldırmasa da, sözlü qız asiliyi ilə az qalırdı dünyanı oğlanın başına uçursun.
    - Necə yəni? Mən ola-ola yeni sevgili? Bunu necə başa düşək? Məni axmaq yerinə qoymusuz?
    - Məsələ sən zənn etdiyin kimi deyil. Günahkar olduğumu etiraf edirəm, ancaq belə olmasını bilərəkdən istəməmişdim.
    - Elədirsə, qızla sağollaş getsin.
    - Yox, belə düzgün olmaz. Onun onsuz da bir yaxının itkisi səbəbindən ürəyi sınıqdır, bu cür getməsi daha da ağır olar.
    - Əsəblərim tamam tarıma çəkmə, indi nə deyirsən, biz bundan sonra üçlükdə davam etməliyik?
    Nə danışdığını öz qulağın eşidir?
    - Günahkar mən olduğum üçün təklif edirəm, məsələnin həllini üçümüz də zamana buraxaq. Mənim bu cür xasiyyətdə olmağımı bilməklə mənlə kimin qalacağına özünüz qərar verin.
    Oğlan hər iki tərəf arasında sülh münasibətləri təlqin etməyə davam edərək məsələni sakit yolla həll etməyi uyğun gördü. Qızlar da könülsüz razılaşdılar. Söhbət zamanı oğlanın sülh təklifini qızlar üzdə başlarını sallayaraq qəbul etdiklərini bildirsələr də, daxillərindəki gizli rəqabətin ilk qığılcımları gözlərindən oxunmaqda idi. Qadın tayfası arasında sülh olar? Bu görülməmiş bir möcüzədir. Üçlü münasibətlərdə iki kişi bir qadın varsa, mübarizə-mücadilə mərhələsindən sonra kişinin biri mütləq gedər. Amma qadınlar əsla! Kişini məzara göndərməyə razı olarlar, öz təslimiyyətlərinə heç vaxt! Beləliklə, oğlan bununla məsələnin həllini qızların öz öhdəsinə buraxmış olub, özü bir balaca rahatladı.
    Qızlar hər ikisi də, öz xəyal aləmlərində şişirtdikləri hadisələrə uyğun ağla sığmayacaq müxtəlif davranışlar nümayiş etdirməyə başladılar. Hər ikisi gah oğlanla küsürdülər, gah barışırdılar.
    Aralarında yaranan dəhşətli bir rəqabət sonradan amansız bir gizli müharibəyə çevrildi. Onlar tərəfindən "icad" edilən davranış xüsusiyyətlərinə oğlanın matı qurumuşdu. Bir ara oğlan özünü üstündə müharibə gedən tort dilimi kimi də hiss eləməyə başladı. Bu halına bəzən gülür, bəzən kədərlənir, bəzən də əsəbdən xırçın itə dönürdü. Ən başda özünü danlasa da , yaranmış vəziyyəti idarə edə bilmədiyinə görə acizlik hissi yaşayırdı.
    Qızlar isə rəqabətin, "mən üstünəm" nümayişinin çeşid-çeşid növlərini kəşf edir, enerjilərini mənasız şeylərə xərcləyirdilər. Kənardan baxıldığında gülünc bir vəziyyətin ortasında olduqlarının fərqində deyildilər. "Mən daha üstünəm və daha yaxşıyam" fikri beyinlərinə hakim kəsilmişdi. Hər gün oğlana özlərini daha çox bəyəndirmək üçün müxtəlif "istedad" bacarıqları nümayiş etdirirdilər. Gah evdar xanım roluna girərək evdə bişirdikləri şirniyyatlardan gətirir, gah geyim-keçim, musiqi, bəyəndikləri kitablar, öyrəndikləri biliklər barədə zövqlərindən bəhs edirdilər. Hələ yaxınını itirən qız itirilmiş yaxının verdiyi kədəri belə unutmuşdu. Ən gülməlisi də bu idi ki, qızlar öz zehinlərində elə zənn edirdilər ki, oğlan bu gizli rəqabətin fərqində deyil və nəticə olaraq qalib gələcək qızı gözləməkdədir və sonda həmin qalibi seçəcək. Yavaş-yavaş qızların xarici görünüşündən tutmuş xasiyyətlərindəki çalarlara qədər dəyişikliklər baş verirdi. Onlar hətta bir ara üzdə bir-biriləri ilə yaxın rəfiqəyə də çevrilmişdilər. Elə zamanlar olurdu ki, üçlükdə görüşüb sadəcə dostmuşlar kimi rolda oynamağa davam edirdilər. Yaxını ölmüş qıza "dəstək" bu minvalla davam etməkdə idi. Bəzən hər üçü bu münasibətdən təngə gəlirdi. Sözlü qız hər şeyi atıb, bütün münasibətlərin üzərindən xətt çəkib getmək istəyəndə oğlan getməsinə bir şəkildə əngəl olur, ona "Demək ki, əslində sən məni sevmirmişsən", deyirdi, yaxud da "Məni həqiqətən sevmiş olsaydın, etdiyimi, niyyətimi anlayardın" kimi cümlələrlə onu yenidən qaytarırdı. Münasibətlər elə hal almışdı ki, oğlan biri ilə barışanda, digəri hər şeyə son qoymaq qərarını verirdi və oğlan yeni-yeni taktikalarla hər ikisini sakitləşdirmək üçün səylər göstərirdi. Bəzən bütün bu münasibətlərdən cana doyduqda oğlan qızların hər ikisi ilə əylənirdi də. Onları qəsdən bir-birinə qarşı qoyur, aralarındakı rəqabəti gücləndirir və bu oyuna kənardan tamaşa edib özü uğrunda gedən savaş mücadiləsindən "zövq" alırdı. Bütün bunlar oğlan üçün baş ağrısı, əlavə mənəvi əzab-əziyyət olsa da, münasibətləri qəsdən uzadırdı, əslində ona qadın ruhunun nə demək olduğunu öyrənmək üçün bir imkan da yaranmışdı. Baş verənlərdən qadınların nə istədiklərini anlamağa çalışırdı. Kim bilir, bəlkə məşhur Z. Freydin "Qadınlar nə istəyir?" sualına cavab tapmış olacaqdı. Ancaq bütün münasibətlərdə olduğu kimi burda da bir nəticə lazım idi. Bu cür üçlü münasibət uzun müddət davam edə bilməzdi. Odur ki, oğlan bir xeyli düşündükdən sonra özü üçün də həyati əhəmiyyəti olan qərarını vermiş oldu. Son qərarını hər iki qıza, sözlüsünə və yeni sevgilisinə məktubla bildirməyi planladı. Qızları ən çox görüşdükləri yerə dəvət etdi və həmin yerə özü getmədi, məktubunu yolladı. Məktubda bunları yazmışdı: "Hər ikinizi çox sevdim, hər ikiniz də mənimçün çox qiymətli və dəyərlisiniz. Ancaq aranızda olan qızğın rəqabət havasından boğulmağa başladım, yorulub əldən düşdüm. Başından bəri heç biriniz dediklərimi və nə istədəyimi anlamadınız. Mən məsələnin sülh yolu ilə həll olunmasını təklif etmişdim. Sizdən biriniz getməli idiniz. Bəlkə də elə hər şeyi anlayıb arxasına baxmadan gedəni, anlayışlı olanınızı seçəcəkdim. Siz isə... Ona görə də həlledici qərarı özüm verməli oldum. Mən öz uşaqlıq sevgilimlə, məni illər boyu səssizcə sevən və indiyə qədər də gözləyən qonşu qızı ilə nişanlandım. Sizi də təbrik edirəm! Artıq hər ikiniz qalibsiniz!"
  • oktyabr 2017, Ceylan M.

  • 193
Belə Ayrılıq Olmur

Dəhnəli Məmməd Hacızadə

Dərddi dərdə calanan, hey üst-üstə qalanan. Baxma ki ortalıqda iztirabdı dolanan, . Dözmərəm göz yaşına, qəm dolu baxışına. Qəlbimdəsən getsəm də, dünyanın o......

Ağrının ssenarisi - (psixoloji-fəlsəfi janrda hekayə)

Tural İsmayılov

Gecənin sükutu mürəkkəb qurumamış vərəqlərimin üzərinə ağır bir duman kimi çökürdü. Pəncərənin önündə dayanıb, uzaqda, qaranlığın içində batan şəhərin işıqlarına baxırdım. Masamın üzərində on birinci......

Daha Səsləməyir Dan Yeri Bizi

Dəhnəli Məmməd Hacızadə

Göydə ay,ulduzlar yerdə sən və mən, Bir onlar oyaqdır, bir də, sən və mən. Qapılıb gecələr xoş xəyallara, Onlar bizə baxar, biz də onlara. Qalardı......

Ağ dumanın içindəki görən kor (fəlsəfi hekayə)

Tural İsmayılov

Atam deyirdi ki, dünyanı görmək üçün göz lazımdır, mən isə indi buna şübhə edirəm. O kitabı – vərəqləri künclərindən didilmiş, cildi günəşdən solmuş o qəribə......

Zaur Ustac - Zenitdəki Zenitçi

زائـــور اوستاج

Zenitdəki Zenitçi (oçerk) Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi yüz illər boyu Vətən uğrunda canından keçən igid oğulların adı ilə zəngin olmuşdur. Bu qəhrəmanlar yalnız bir ailənin......

Sona İsmayılova – Zakir Kaya’nın Medya ve Yayıncılık Çalışmaları

زائـــور اوستاج

Röportaj Editör Girişi Dr.profesor Zakir Kaya, Türkiye merkezli araştırmacı gazeteci, yazar olarak medya, yayıncılık ve edebiyat......

Araşdırmaçı jurnalist Zakir Kaya: Media, Ədəbiyyat və Müstəqil Düşüncənin Kəsişm...

زائـــور اوستاج

Müsahibə Mətni Müasir mediada sürət, görünürlük və rəqəmsal intensivlik artdıqca, məzmun istehsalının keyfiyyəti və......

Zaur Ustac - Mən

زائـــور اوستاج

Mən “Sizin yanınızda oturmaq istəyirəm” … (Qəndab – Ara-sor məni) Hər gün oyananda səhər mehində, Sübhün şəfəqində, danındayam mən. Telinin cığasın pozan küləyəm, Hər zaman......

Zaur Ustac - Aşiq gecələr

زائـــور اوستاج

Aşiq Gecələr (Qəndab – Aşiq gecələr) O zülmət gecənə şam olum, gülüm, O gül cəmalına aşiq gecələr! “İşıldaquş”ların işığı vecsiz, Əriyən mumlara aşiq gecələr! Pərvanə......

Abşeron təhsilində sözün və yaddaşın böyük bayramı

زائـــور اوستاج

Abşeron-Xızı Regional Təhsil İdarəsi müdiri hörmətli Ilhamə xanım Abdullayevanın dəstəyi ilə Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil......