...
  • Əkizim kimi
  • Dəhnəli Məmməd Hacızadə
  • Mən sənin şairin,sən mənim şeirim,
    Gözlərin görünür sətir arası.
    Belə məyus-məyus baxma sevgilim,
    Daha kövrəlməyin deyil sırası.

    Bu ülvi hislərlə, başqa birini
    Sevmədim, mən səni sevdiyim qədər,
    Məndən gizlətmədin, açdın sirrini,
    Məni düşünürsən bu mənə yetər.

    Düşünmə özümdən səni ayıram,
    Sən mənim kimisən, tam özüm kimi.
    Səni anlayıram, səni duyuram,
    Bir ana bətnində əkizim kimi.
    Dəhnəli Məmməd Hacızadə
  • may 2025, Dəhnəli M. H.

  • 154
Yaşadıq (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Ayrı düşməklə bu dünyada kədər-qəm yaşadıq, Bağrımız ahla dolu gözlərimiz nəm yaşadıq. Qovruldu qəlblərimiz qalandı hicran oduna, Biz bu dünyanı cəhənnəmsə cəhənnəm yaşadıq. Nə qədər......

Darıxıram... ancaq niyə?

Şümşəd Hüseynova

Bu gün çox darıxdım... Çox gözlədim — bir səs, bir hənirti gözlədim... Gəlmədi... Məsələ bilirsiniz nə idi? Elə biri yox idi. Mən sadəcə darıxırdım, ancaq......

Zəfər Çaldı Azərbaycan

Dəhnəli Məmməd Hacızadə

Haray saldı bir qərinə, Dünya susdu dərd-sərinə. Sığınaraq ərəninə, Ümid dolu bağrı şan-şan, ! Şimşək kimi çaxa çaxa, Yol aldılar Qarabağa, Vuruşaraq əlbəyaxa,......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Ölsəm də sevgim ölməz

Dəhnəli Məmməd Hacızadə

İllərdir oğrun-oğrun, gizli-gizli baxışdıq. Baxışlarla dərdləşib, baxışlarla danışdıq. Beləcə baxışmaqla ömür keçir,gün keçir. Dünyadan tay-tuşumuz, yaşıdlarımız köçür. Birdən ölüb eləsəm gələndə məzarlığa, ölülər hiss etməsin......

Ulduzlar içində (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Ruhumuz şaddı gülüm hər gecə ulduzlar içində. Mənəm ən yalqızı gündüzləri yalqızlar içində. Üşüyür sənsiz bu payız alıbdır soyuq canımı, Ürəyim tir-tir əsir sanki qalıb......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

"Get"

Zahid Şirinli

Get Hisslərinin coşqun çağlarında duyduğun bir “get” sözü: yüz cümlədən ağır gəlir insana. Hərdən elə olur ki, bir baxışla başa düşürsən buradan sonrası yoxdur. Nə......

Dünya

Zahid Şirinli

Hamını dərdə salır, Körpələr yetim qalır, Cavan-cavan can alır, Başın batsın a . Şəhid anası qəmli, Hər gün gözləri nəmli, Necə verək təsəlli? Başın batsın......

“Beşinci mərtəbədəki qapı”

Ceyhun Fikrət

O, hara gedəcəyini bilmirdi. Bir anlıq keçmiş duyğular onu özünə çəkirdi. Geri dönüb özünə, uşaqlığına baxmaq istəyirdi. Amma necə? İllər çox keçmişdi. O böyümüş, artıq......