...
  • Gəl qəbrim üstünə
  • Dəhnəli Məmməd Hacızadə
  • Gəl qəbrim üstünə şəkil çəkdirək,
    Mən gülərüz durum, sən məyus dayan.
    Elə et gözlərin nəmli düşməsin,
    Kəs bu hıçqırtını biraz sus, dayan.

    Qoyaraq başını qəbir daşıma,
    Bir anlıq nə varsa unudacaqsan.
    Beləcə başını söykə başıma,
    İndi bax, məni də ağladacaqsan.

    Çək şəkli, bax belə baş-başa duraq,
    Çək.Çək.Önümüzdə bir şam düşəcək.
    Sən gəldin qəbrim də işıqlandı bax,
    Get artıq sən evə, axşam düşəcək.
    Dəhnəli Məmməd Hacızadə
  • aprel 2025, Dəhnəli M. H.

  • 92
Bir Qadın Ağlayır İçimdə Mənim (nəzirə)

Dəhnəli Məmməd Hacızadə

Bir qadın ağlayır içimdə,Allah Boğur gözlərinin yaşı qəlbimi. Alışa bilməyir bu hıçqırtıya, Hifz et,göz yaşına naşı qəlbimi. Bir qadın ağlayır içimdə hər gün, Gəzirəm bir......

Sergey Yesenin (Tərcümələr)

Firuz Mustafa

Sergey Yesenin (1895-1925) Gicitkan üstə şеh Baх, düşür aхşam. Söyüdə söykənib Yоlda durmuşam. Düşür damımıza Ayın şöləsi. Gəlir uzaqlardan Bülbülün səsi. Sоbanın kösövü Alışır par-par.......

Susqun sevdiyim

Dəhnəli Məmməd Hacızadə

Duyuram uzaqlardan susmağının səsini. Susqun-susqun döyünən qəlbini, nəfəsini. Duyuram istəyini, arzunu,xəyalını. Cavabı içimizi qovuran sualını. Doldurur susqunluğun könlümə qəm-kədəri. Yaşamağa məhkumuq bu taleyi,qədəri. Hərdən susqunluğuna......

Çıxa bilmir rədifli qəzəl

Dəhnəli Məmməd Hacızadə

Nə olub xalqa yüz illərdi ki yasdan çıxa bilmir? Bölünüb tən,yarı rusdan,yarı farsdan çıxa bilmir. Ölsə deməz "Əuzi billəhi minəş-şeytanir-racim" O səbəbdəndi ki şeytanla təmasdan......

Çatanda (Qoşma)

Dəhnəli Məmməd Hacızadə

Çəmənə yolumu dağlardan saldım, Ömür payız oldu düzə çatanda. Tükəndi taqətim,tükəndi gücüm, Cığıra çatanda,izə çatanda. İslandım ömrümə yağan yağışdan. Giley eyləsəm nə, bəxtdən,naxışdan? Göynədim üzünə......

Yaşadıq (qəzəl)

Dəhnəli Məmməd Hacızadə

Ayrı düşməklə bu dünyada kədər-qəm yaşadıq, Bağrımız ahla dolu gözlərimiz nəm yaşadıq. Qovruldu qəlblərimiz qalandı hicran oduna, Biz bu dünyanı cəhənnəmsə cəhənnəm yaşadıq. Nə qədər......

Darıxıram... ancaq niyə?

Şümşəd Hüseynova

Bu gün çox darıxdım... Çox gözlədim — bir səs, bir hənirti gözlədim... Gəlmədi... Məsələ bilirsiniz nə idi? Elə biri yox idi. Mən sadəcə darıxırdım, ancaq......

Zəfər Çaldı Azərbaycan

Dəhnəli Məmməd Hacızadə

Haray saldı bir qərinə, Dünya susdu dərd-sərinə. Sığınaraq ərəninə, Ümid dolu bağrı şan-şan, ! Şimşək kimi çaxa çaxa, Yol aldılar Qarabağa, Vuruşaraq əlbəyaxa,......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Ölsəm də sevgim ölməz

Dəhnəli Məmməd Hacızadə

İllərdir oğrun-oğrun, gizli-gizli baxışdıq. Baxışlarla dərdləşib, baxışlarla danışdıq. Beləcə baxışmaqla ömür keçir,gün keçir. Dünyadan tay-tuşumuz, yaşıdlarımız köçür. Birdən ölüb eləsəm gələndə məzarlığa, ölülər hiss etməsin......