...
  • Həqiqət
  • Dəhnəli Məmməd Hacızadə
  • 20 Yanvar metrosunun çıxışındakı Şəhid abidəsinin qarşısında geniş səkiylə gedərkən kimsə özünü zərbəylə mənə çırpdı.25-30 yaşlarında olan bu adam qəzəblə gözümün içinə baxırdı.Bir kəlməmə bənd idi ki,yumruqlarını bərk-bərk sıxmış ,gözlərini qan örtən bu oğlan məni küçənin ortasında döysün.Düzünü deyim ki,bərk həyəcanlandım.Elə həyəcanla da oradan uzaqlaşdım.Yaxınlıqdakı dayanacaqda özümü toxtayıb marşuruta mindim.Avtobus o qədər də basabas deyildi.Bir neçə dayanacaqdan sonra mənimlə yanaşı dayanmış 40-45 yaşlarında bir kişi biləyimdən yapışaraq bağırdı:
    – Boyundan,buxunundan utan,cibə girirsən?.
    Bir andaca gözlərimə qaranlıq çökdü.Yerlərdən nalayiq sözlər eşidirdim.Bütün baxışlar mənə yönəlmişdi.Gözlərim yaşla dolub dayanmışdı.Səslərin içindən qeyri-adi bir səs eşidirdim.“Dinmə!,Sus!” deyirdi kimsə.
    Dayanacaqda avtobusun qapıları açıldı.Başımı aşağı salıb avtobusdan düşdüm.Donub qalmışdım.Növbəti avtobusla evə gəldim.İştaham kəsildiyindən yemək də yeyə bilmədim.Sübhəcən gözümə yuxu getmədi.Başqa bir adam olmuşdum sanki.Özümə gələ bilmirdim.Hönkür-hönkür ağlamaq istəsəm də gözlərimin yaşı heyrətdən qurumuşdu.İş zamanı başımı masaya dayayıb mürgülməklə iş saatımı bitirdim.Başıma gələni kimləsə bolüşüb yüngülləşmək fikrindən vaz keçirdim.İşdən çıxarkən dayanacağa yaxınlaşmağa ürək etmirdim.Elə bilirdim məni görən “dünənki cibgirdi” deyir.
    İş sonu olduğundan avtobuslar adamla dolur,sıxlıqdan qapılar çətinliklə bağlanır və yola düşürdü.Nəhayət adam selinə qarışıb mən də avtobusların birinə minə bildim.Avtobus yola düşdükdən sonra salona sakitlik çökdü.Fikirdən halsız olmuşdum.Başımda da küt ağrılar vardı.Yazın gəlməsinə baxmayaraq havaların soyuq keçməsi,sübh tezdən evdən çıxanları gödəkcə geyməyə məcbur edirdi.Havasızlıqdan istiləndiyim üçün gödəkcəmin yaxasını açdım.Avtobus o qədər basdırıq idi ki,adam tərpənə bilmədiyindən hətta yanında dayanan adamın kim olduğunu da bilmirdi.Hami susub durmuşdu.Qəfildən başımın sol nahiyəsində bir zərbə hiss etdim.Əvvəlcə kiminsə əlinin tutacaqdan sürüşüb başıma dəydiyini zənn etdim.dönüb baxırdım ki,30-35 yaşlarında qarayanız oğlan gözləri qızarmış halda,təkrar-təkrar“Şofer saxla avtobusu”deyə bağırdı və yenidən başımın eyni hissəsinə eyni zərbə ilə şillə vuraraq acıqlı tərzdə,aram-aram “Düş! Düş!” dedi.Eyni anda yenə qeybdən gələn o qeyri-adi bir səsi eşitdim.”Dinmə,düş”deyirdi.Avtobus saxladı və qapılar açıldı.Adamları yara-yara avtobusdan düşdüm.Elə bildim mənimlə dava etmək üçün o adam da arxamca düşür.Mən düşdüm,qapılar örtüldü və avtobus getdi.Var gücümlə qışqırmaq istəsəm də bacarmadım.Dişimi dişimə sıxıb ağlayaraq irəliləyirdim.Gözlərimdən çıxan yaşların necə rahatlıq gətirəcəyini ağlıma belə gətirməzdim.Dincəlməliydim.Sabah direktorun qəbulunda olmalıydım deyə özümdə güc saxlamalıydım.Nəqədər ki bu qalmaqallardan salamat çıxmışam,üz-gözümdə şillə,yumruq izləri yoxdur,deməli avara,yalançı damğasından uzaq düşmüşəm.Axı mən böyük bir fəlakətin qarşısını ala biləcək bir həqiqəti danışmalıyam..

    Bakı. 15.08.2015.
  • iyul 2026, Dəhnəli M. H.

  • 302
Bir bənd

Dəhnəli Məmməd Hacızadə

Gəl bir tikə şeir yeyək,acmışam Bu süfrəyə misra düzün,bənd düzün. Halovardan,gəraylıdan,qoşmadan Şirni düzün,noğul düzün,qənd düzün....

Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) Bakı-2026 Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......