...
  • Məni Bilmək İstəsən
  • Dəhnəli Məmməd Hacızadə
  • Məni bilmək istəsən,
    Bil, mən o mən deyiləm.
    Gülməyimə baxma sən,
    Könüldə şən deyiləm.
    Çəkdiyim acıları,
    Sevginlə ovuduram.
    Kövrəlib göz yaşımı,
    Damla-damla uduram.

    Məni bilmək istəsən,
    Bil ki,tək təsəllimsən.
    Həmişə ətir saçan
    Solmayn tər gülümsən.
    Sızlayaraq gülənim,
    gülərək ağlayanım.
    Təkcə sənsən könlümü,
    Həyata bağlayanım,

    Məni bilmək istəsən,
    Qoy deyim bil düzünü.
    Daha özgə gözlərdə
    Gəzməyirəm gözünü.
    Həkk etmişəm gözümə,
    O susqun baxışını.
    Sevmədiyin nə varsa ,
    Bir-bir atdım daşını.

    Məni bilmək istəsən
    Mən artıq sən olmuşam.
    Oxşatmısan özünə,
    Sulartək durulmuşam.
    Durulub saflaşıram,
    Paklaşıram günbəgün.
    Müqəddəs yol tutmuşam
    Sənə qovuşmaq üçün.
    Dəhnəli Məmməd Hacızadə
  • avqust 2026, Dəhnəli M. H.

  • 4
Məni Bilmək İstəsən

Dəhnəli Məmməd Hacızadə

Məni bilmək istəsən, Bil, mən o mən deyiləm. Gülməyimə baxma sən, Könüldə şən deyiləm. Çəkdiyim acıları, Sevginlə ovuduram. Kövrəlib göz yaşımı, Damla-damla uduram. Məni bilmək......

Xəbərin Olurmu

Dəhnəli Məmməd Hacızadə

ruh kimi gəlib, İpək saçlarına sığal çəkirəm. Eşidib səsini şirin dilindən, Gah şəkər çəkirəm,gah bal çəkirəm. Duyunca həsrəti dəniz gözündə, Sanıram özümü sənin......

Heç

Şümşəd Hüseynova

Həyat vaxt ədalətli olmadı. vaxt eyni yerdən baxmaq olmur həyata. Bəziləri həyata bir addım öndə başlayır, bizim kimiləri isə geridən, onların ardınca yaralar......

Apar yanına

Şümşəd Hüseynova

Getmək istərəm bir qış səhəri — Qoyub yurdu, eli, şəhəri. Qoy ağlasın hamı, Fəryadlar göyə çəkilsin. Qırx gün verin, Yağışlar yerdən çəkilsin. , Tanrım,......

Səni araram

Şümşəd Hüseynova

Gözlərim yollardan yığışmır bir an, hər tində, hər küncdə . Bayaq da birinə gözüm sataşdı Gözlərim sən sandı, aldandı yenə... Daha dözmür ürək, açılmır......

Səssiz çağırış

Şümşəd Hüseynova

Bir payız səhəri gözlərimi açdığım andan üşüyürdüm. Yerim isti idi, ancaq mən niyəsə buz kimi idim. Ağlamaq istədim, ancaq göz yaşlarım qəsdimə durdu. Sanki həyat......

Cənnətiniz batsın

Şümşəd Hüseynova

Hər daim özümdən uzaqlaşan zaman qaçdığım tək yer var: qələm və vərəq. Bu hər daim belə olub. Hələ uşaq zamandan incəsənətə meyilli biri olmuşam. Nəticə?......

Yağış qadın

Şümşəd Hüseynova

İnsanlar gedər, xatirələri qalar. Bir insanın səsini, qoxusunu, hətta üzünü belə unuda bilərsiniz, fəqət heç zaman sözlərini, tutmadığı vədlərini unuda bilməzsiniz. Qələmimdə sevgi daim müqəddəs......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yanılacaqsan

Şümşəd Hüseynova

Bir yaz axşamı Ay işığında görsəm üzünü, duysam səsini. Kim deyər bezmişəm nur camalından. Ay mənim, bəxtimin qara taleyi. Səni sevmişdim günəşli bir gün, necə......