...
  • Şəkimin
  • Dəhnəli Məmməd Hacızadə
  • Sevinmişəm,qəmlənmişəm,küsmüşəm
    Girişində,çıxışında Şəkimin.
    Mən də,bir at oynadası biriydim,
    Enişində,yoxuşunda Şəkimin.

    Açdım güllü budaqlara gözümü,
    Bu torpaqdan aldım gücü,dözümü.
    Əzəl gündən tanımışam özümü,
    İlməsində,naxışında Şəkimin.

    Yol üstündə neçə ağac tingi var,
    Al səhərin öz havası,rəngi var,
    Heyratı var,humayun var,cəngi var,
    Leysanında,yağışında Şəkimin.

    Dünya böyük olsa yenə az kimi,
    Bu torpağı yalayaram duz kimi,
    Yad diyarın istisi də buz kimi,
    Üşümədim heç qışında Şəkimin.

    Bulaq üstə duran a cüt söyüdüm,
    Mən də, sizə baxa-baxa böyüdüm.
    Başım qoyub bir daş üstə uyudum,
    Şirin-şirin ağuşunda Şəkimin.
    Dəhnəli Məmməd Hacızadə
  • mart 2026, Dəhnəli M. H.

  • 393
Bilmədim

Dəhnəli Məmməd Hacızadə

Neynim? Mən də,belə azqanan oldum, Burnumdan uzağı görə . Sənə ürəyimi versəm də gülüm, Ömrümü,günümü verə . Bülbülü kədərmiş,qəmmiş oxudan. Həsrətmiş gözlərdən sellər axıdan. Xəyala......

Gündəliklər. 1-ci cild

Firuz Mustafa

Gündə Bir Kərpic Düşər... (“Gündəliklər”dən sətirlər) Bakı-2026 Sizə təqdim olunan “GündəLİKLƏR”......

Пьесы. Pyeslər. Rusca-3

Firuz Mustafa

Фируз Мустафа ПЬЕСЫ Iıı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-2

Firuz Mustafa

ПЬЕСЫ Iı том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Пьесы. Pyeslər. Rusca-1

Firuz Mustafa

ПЬЕСЫ I том Pièce Баку -2026 Редактор: Г.Мустафаева Творчество Фируза Мустафы как философа, прозаика и драматурга, знакомо широкому......

Dünyanın rəngi. Povest

Firuz Mustafa

Görkəmli yazıçı Firuz Mustafanın “Dünyanın rəngi” povestindəki hadisələr Birinci Dünya savaşından sonrakı ilk illərdə......

Görünməz dünyanın sözçüsü-1

Firuz Mustafa

1-ci kitab (2 cilddən ibarət kitab) Bakı-2026 .Görünməz......

Görünməz dünyanın sözçüsü-2

Firuz Mustafa

(2 cildlik kitab) Bakı-2026 Oxuculara təqdim edilən bu......

Xoşbəxtəm belə sənlə

Dəhnəli Məmməd Hacızadə

Yoxsa da qismətimdə gəzmək əl-ələ sənlə, Neçə-neçə xəyallar qururam hələ sənlə. . Gül açır bağçam-bağım, Artır eşqim,marağım. Gülür dilim- dodağım, Gəlirəm dilə sənlə.......

Dördlüklər. Onluqlar. Qoşmalar

Firuz Mustafa

Dördlüklər Onluqlar Qoşmalar ποίησις (poeziya) Bakı-2024 dördlüklər onluqlar qoşmalat ποίησις (poeziya) Geniş oxucu və tamaşaçı auditoriyası nı filosof, nasir və......