...
  • Qapı
  • Elnarə
  • Yenə çöldə idim... Nə zaman isti bir yuvam olmuşdu, deyə düşünmədim deyil, təbii ki.
    Kimə yox demişdim, qucaqlamaq istəyəndə?
    Kim qulağımı çəkəndə üzümü çevirdim ki...
    Buna görə qapıda idim, açarının məndə olduğunu düşündüyüm o qəlbin qapısında idim bu dəfə də.
    Nəinki açar, mənim deyildi, əslində heç o qapıdan içəridə olmamışdım.
    Həyatımın dönüm nöqtəsi olan il, illər və mən, sadəcə qapıda gözləmişəm.
    Qəribəsi odur ki, hər cümləni içəri dəvət kimi başa düşüb, ev sahibi kimi hər dərdini üstümə götürmüşəm, onun qəlbinin, evim bilmişəm onu.
    Məgər nə qədər yaralar sığdırmışam, nə acılara susdurmuşam varlığımı?
    Kimin cavabını verməsi bəlli olmayan sevgim qədər suallar vardı geriyə qalan.
    Hər cümləni dəvət qəbul edib, bütün yaradılışımı ona köləlik etməyə, ona sahib olmağa, adamağa çalışan mən, yoxsa mənim varlığımın fəsillər kimi keçici olmadığını bilsə də, səhərlər günəşə gülən, gecələr aya nəğmə oxuyan səmanın timsalında o qəddar qəlb idi günahkar?
    Kimə görə qəddar? Mən qəddar deyiləm. O qəddar deyil.
    Oxusaydı, sizə belə deyərdi: "Mən elə biri deyiləm əslində." Daxilimdə olan can ağrımın sızıltısı qədər əminəm buna.
    O "elə biri deyiləm" deyəndə "Səni hər gün özünün belə səni tanımadığı bir hala gətirdim, amma bu səni istəmədiyimlə, deyildə qərarsızlığımla bağlıydı"-deyirdi sanki.
    Bəli, sanki. Ona hiss etdiyi ən qırıntı duyğudan, nəfəsim qədər əmin olarkən artıq onu bilmirdim, tanımırdım mən. Əmin deyildim bir şeylərdən.
    Bəlkə də bizdən, bəlkə sevgidən.
    Elə bəlkə də sevilməkdən əmin deyildim.
  • yanvar 2025, Elnarə

  • 238
Payız Süvarisi (kinossenari)

Firuz Mustafa

Payız Süvarisi (kinossenari) Ən adi günlərin birində Paris şəhərində, lap dəqiq desək, Parisin cənubundakı Monparns məhəlləsində yaşayan iş adamı Jüsten Bursenin başına çox......

Nə günlərə qaldığımı bilməsin

زائـــور اوستاج

Bilməsin Qoy xəbər tutmasın sevgilim məndən, Nə qərara gəldiyimi bilməsin. Günorta demədən, gecə demədən, Gözyaşımı sildiyimi bilməsin. *** Qırıldı ümidlər, düşdümü suya?! Az qalsın sevincdən......

Qapı. Roman

Firuz Mustafa

Firuz Mustаfа zülmətə аçılаn Qаpı sаnкi həmin аnlаrdа tanrının göz yаşlаrı ilə islаnmış qurbаnlаrı qəbul еtməкdən yоrulmuşdu (каntаtа. rоmаn.) …Qapı… Müəllıfdən “...Qаpı...” 1986-88-ci illərdə qələmə......

Cənnət çiçəyi. Roman

Firuz Mustafa

Firuz Mustafanın “Cənnət çiçəyi” romanındakı hadisələr real və irreal zamanların çarpazlaşdığı məkanda baş verir.......

Boş otaqdakı stul

Tural İsmayılov

Adam hər axşam evə qayıdanda əvvəlcə işığı yandırmırdı. Qaranlıqda bir neçə dəqiqə oturur, pəncərədən küçəyə baxırdı. Küçə işıqları qarşıdakı binaların divarlarına düşür, insanların kölgələri bir-birinin......

Sinifdə Qaldı

Dəhnəli Məmməd Hacızadə

Onbir il bir sinifdə bir güldük,bir ağladıq. Neçə nurlu sabaha arzu-xəyal bağladıq. Yaddan çıxmır nə məktəb, nə sinif yoldaşları, Ağ məzərli qızların göyərçin baxışları. Məktəblə......

Əlahəzrət Söz

Firuz Mustafa

Ədəbiyyat. Ədəbi şəxsiyyətlər. Bakı-2023 Sizə təqdim olunan kitabda Firuz Mustafanın ədəbiyyat və ədəbi şəxsiyyətlər......

Idrakla Hissin Vəhdəti

Firuz Mustafa

Sаbır Bəşırоv (fəlsəfə doktoru) : Idrakla Hissin Vəhdəti Ədəbi portret Bakı “Araz”-2012 Elmi redaktor: Bədirxan Əhmədov Redaktor: Lalə Musaqızı Sabir Bəşirov : İdrakla......

Çaparaq Notlar

Firuz Mustafa

Qeydlər Etüdlər Bakı-2027 Təqdim edilən kitabda Firuz Mustafanın müxtəlif vaxtlarda qələmə aldığı çaparaq qeydlər, gündəliklərdən......

Sənə həsrolunur, Firuz...

Firuz Mustafa

Посвящается тебе, Фируз МУСТАФА ...................................................................................... Sənə həsr olunur, В книге, представленной вниманию читателей, собраны образчики поэзии, т.е. стихи посвященные Фирузу Мустафу. Среди авторов......