...
  • Sən deyilmişsən
  • Ela
  • Sən deyilmişsən darıxdığım gözümün işığı.
    Sən deyilmişsən gözlərində itmək istədiyim, gülüşünə pənah apardığım, qucaqlamaq üçün can atdığım.
    Sən deyilmişsən...

    Sənə deyilmiş küskünlüyüm. Sənə deyilmiş qırılmaqlarım, davalarım, izahlarım.
    Sənə deyilmiş mənim savaşım. Sənə görə deyilmiş isbat çabalarım.
    Sən deyilmişsən qəbullanma duyğum. Sən deyilmişsən evim-eşiyim.
    Səndən əvvəl olan, amma heç mənim olmayan uşaqlığım imiş məsələ.
    İndi olan düzənimin düzənsizliyi imiş məsələ, əzizim.

    Ailə olmayan ailəm imiş məsələ.
    Sevilmək istəyən körpə qəlbim, yox olan canım imiş məsələ.
    Sən deyilmişsən.

    Nə anam, nə babam deyəndə belə onlar imiş yaram.
    Sevilmək istəyən, ürəyinin ritmi bu dövrə uyğun vurmayan mən imişəm, bir az da məsələ.
    Qəbullanmaq istəmişəm sadəcə. Kök salmağa çalışmışam.

    Fəsillər səninlə ötdü, illər səninlə bitdi.
    İçimdə olan tufan bitmədisə, məsələ sən deyilmişsən.
    Əzilən, sənə əydiyim qürurum deyilmiş.
    Həyatın şıltaqlığına tab gətirə bilməyən arzularım imiş sən demə.

    Unutdum deməyi...
    Sənsən mənim bütün kədərlərimin toplusu.
    Sənsən xəyal qırıqlığım. Sənsən incikliyim. Sənsən can ağrım.

    Səninlə yaxşı olmaq deyilmiş mənim də arzum – sadəcə yaxşı olmaq imiş... Sənli, ya sənsiz.
    “Məni niyə sevmirsən?” deyəndə belə, sualı özümə vermişəmmiş o gecə.
    Amma bunu dərk etməmişəm.

    Mən səni sevməmişəm, əzizim. Mən səni arzulamışam.
    Mən səni istəməmişəm.
    Mən özümün sağalda bilmədiyim yaraları örtməyə çalışmışam.
    Bacardığım qədər yaxşılaşmağa çalışmışam.
  • yanvar 2025, Ela

  • 42
Mənim Möcüzəm

Şümşəd Hüseynova

Dərsi sevdirən, həmçinin nifrət etdirən də müəllimdir. 10 illik məktəb həyatımda 5 il bəlkə də həyatıma qızıl hərflərlə yazılıb. Geriyə baxanda hələ də ürəyimdə bir......

Ailə yükü (yaşadıqlarım) 1-ci hissə

Ceyhun Fikrət

Bəzən həyatda etdiyin səhvlər səni həmişə izləyir. Sən bu səhvləri düşündükcə həyatın səni keçmişə sarı döndərir. Sən özün istəmədən keçmişlə müharibəyə qalxırsan. Başa düşürsən ki,......

Sonuncu Poçt

Rüfət Abbasov

Dağların qoynunda unudulmuş bir kənddə, artıq illərin təsirindən rəngi solmuş və divarları çatlamış köhnə bir poçt binası vardı. Orada işləyən tək işçi – Cavid, bu......

Sən deyilmişsən

Ela

darıxdığım gözümün işığı. gözlərində itmək istədiyim, gülüşünə pənah apardığım, qucaqlamaq üçün can atdığım. ... Sənə deyilmiş küskünlüyüm. Sənə deyilmiş qırılmaqlarım,......

Qapı

Ela

Yenə çöldə idim... Nə zaman isti bir yuvam olmuşdu, deyə düşünmədim deyil, təbii ki. Kimə yox demişdim, qucaqlamaq istəyəndə? Kim qulağımı çəkəndə üzümü çevirdim ki.........

Yaxşı övlad kimdir?

Şümşəd Hüseynova

Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da necəsə sizə oxşayacaqlar. Özünüzü tərbiyə edin bəsdir... (A S. Makarenko) Bizlərdən hər zaman bacarıqlı olmağımızı istədilər. Ancaq necə bacarıqlı......

"Kitabxananın Unudulduğu Şəhər"

Şümşəd Hüseynova

Gənc bir oxucu olaraq deyə bilərəm ki, mütaliə edilməmiş bir həyatı həyat hesab etmirəm. Bu gün də sizə yaşadığım bir anı danışacağam. Doğulduğum şəhər balaca......

Darıxmaq

Ela

Darıxsalar hiss edərik? Darıxsaq hiss edərlər? Sən... darıxsam hiss edərsən? Bəzən sizə də elə gəlir ki, kimsənin həsrətini çəkməliyik, kimsə üçün burnumuzun ucu göynəməlidir? Çox......

Əzizim

Şümşəd Hüseynova

Mən səni dərman bilərdim Sən dərdimə dərdmi qatırsan? ya gəl yanıma, ya burax məni, Sevgimi oyuncaqmı sanırsan? Sənsiz dözmək olmur, . Hara gedim? Kimə deyim......

Yeni ilə ilk qədəmlər...

Şümşəd Hüseynova

Aylarla gözlədiyimiz yeni ilə ilk addımlarımızı atdıq. Nə isə dəyişdi? Yox, dəyişən tək şey var, dörd yerinə beş yazacağıq. Bilmirəm, bəlkə də mənim içimdə bir......